“Rus liderinin fikri Yeravanda oturanlar ücün bir ciddi mesajdır”
Bizi izləyin

Nida.az

“Rus liderinin fikri Yeravanda oturanlar ücün bir ciddi mesajdır”

“Rus liderinin fikri Yeravanda oturanlar ücün bir ciddi mesajdır”

Avrasiya İqtisadi Əməkdaşlıq İnstitutunun Ekspertlər Şurasının üzvü, tanınmış politoloq Adıgözəl Məmmədovun müsahibəsi.

- Azərbaycanın Avrasiya və Gömrük ittifaqına daxil olması Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilərmi?

- Əvvəla buna Azərbaycan siyasi rəhbərliyi qərar verməlidir. Görünür ki, indi bu məsələlər çox ciddi götür qoy edilir. Burada bir çox suallara cavab axtarılır, o cümlədəndə Sizin verdiyiniz suallara. Gömrük birliyi məsələsinə gəldikdə isə onu qeyd etmək istəyirəm ki, bu birliyə qoşulmaq üçün bir cox dövlətlər üzv olmaq istəyirlər, o, cümlədəndə bizə qardaş olan Türkiyə. Ona görə ki, bu iqtisadi bir lahiyədir və səmərəliliyi hesablanaraq qərar verilir.

- Qarabağ münaqişəsinin Rusiya tərəfindən yaradıldığı və Ermənistanın da bu danışıqlarda Moskvanın sözünü dediyi bildirilir…

- Tarix ondan nəticə çıxarmaq ücün yazılır! Bu münaqişənin təfsilatı ilə araşdırılmasına hələ cox zaman tələb olunacaq. Ona görə ki, səriştəsiz siyasət nəticəsində xalqımız çox ciddi təhlükələrlə üzləşdi. Ağılla deyil bir çox baş verən hadisələrə emosiya ilə qarşılıq verirdilər. Bu da nəticədə bizi böyük supergüclərlə üz-üzə qoyurdu. Hesablanmamış bəyanatlar və cılız intiriqalar dövlətlər arası münasibətlər müstəvisinə keçirilmişdi. Bax bu an biz Qarabağda hansı uğurlardan danışa bilərdik! Ona görədə rəhmətlik Heydər Əliyevin hakimiyyətdə təmsil olunmağı bizi tam məhvimizdən xilas etdi. Ani olaraq Rusiya siyasəti istiqamətində korrektələr edildi.Yenidən nizami ordu quruculuğu və inkişafı üçün bizə zaman lazım idi. O bu zamanda nizami ordunun qurulması ücün cox ciddi işlər gördü.Əslində bu addımla biz yenidən o müqqədəss torpağlarımıza qayıtmaq ücün fundemantal işlərin əsası qoyuldu.

- Bəs Qarabağ münaqişəsinin həllində Türkiyə və Rusiya faktorunu necə görürsüz. Hansı fərqlər var?

- Qarabağ problemimizin həllində həm Türkiyə, həm də Rusia faktoru böyükdür. Amma Rus liderinin iki dodaq arasından çıxacaq fikri Yeravanda oturanlar ücün bir ciddi mesajdır. Əslində bizim Rusiyadan uzaqlaşmağımızı ən çox istəyəndə bizə qarşı qəsbkar siyasəti həyata keçirənlərdir! Ona gorə ki, onların strateji məqsədi bizlə Moskva arasında nifaq salmaqdır . Rusiyadan biz uzaqlaşdıqca isə Qarabağ dərdimizin həllidə uzanacaqdır!

- Rusiya ilə əlaqələrinizdən doğan bir sual. Oradakı diaspor təşkilatlarımızın fəaliyyəti sizi qane edirmi?

- Rusiyadakı diaspor təşkilatlarımız əlbəttə ki, monolit olmasada, Rusiya iqtisadiyyatının tam mərkəzindədirlər. Ona görədə xırda intirıqaları yerə qoyaraq doğma Azərbaycanımız naminə hamı bir nəfər kimi çalışmalıdır! Mən onların əksəriyyətin tanıyıram və onların Vətən ücün necə yandığlarında görmüşəm.Onların bu potensialındanda millətimiz naminə yetərincə yararlanmalıyıq. Amma unutmaq lazım deyil ki, onlar Rusiya vətəndaşlarıdır və öz dövlətlərinidə sevirlər! Bəs Rusiyanın azərbaycanlılara qarşı məlum siyasətini necə dəyərləndirirsiz? Bu məişət zəmnində olan hadisədir və buradada məmur özbaşnalığı və korrupsiya halı var idi.Bu çür məsələləri Rusiya dövlət ciddiliyi ilə belə qarışdırmaq lazım deyil. Orxan Zeynalov hadisədəndə şou düzəldənlərə və panikaya qapılan Rusiya DİN-nin rəhbərlərini ittiham edən ilk yazı müəlliflərindəndə biri mənəm. Bu ittiham yazım isə Rusiyanın əh məhşur agentliyi olan RİA -dan bütün dünyaya yayımlandı.

- Hər halda baş verənlər Rusiya hakimiyyətinin nəzarətindədir. Xatırlayırsınızsa, Orxan Zeynalovun nazir qabağına gətirilməsi və s.

- Bunu söyləməyə əlimizdə heç bir əsas yoxdur. Burada Siz panikaya qapılan DİN-nin rəhbərlərindən danışırsız.

- Qarabağda hərbi əməliyyatlar başlayarsa KTMT Ermənistana hərbi dəstək göstərə bilərmi?

- Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır və bu ərazi Azərbaycan ərazisidir ! Bunuda bütün dünya dövlətləri tanıyır. Hətta bir -neçə gün bundan öncə Ermənistan parlamentində bizim ərazilərdə yaradılmış qondarma rejimin tanınması barədə müzakirələr belə ciddi bir siqnaldan sonra təcili dayandırıldı. Deməli bu messaj bir çox məqamlardan xəbər verir. Bura Azərbaycan torpağıdır, burnunuzu sizə aid olmayan yerə soxmayın! Ona görədə torpaqlarımızın azad olunması zaman məsələsidir!(avrasiya.net)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm