“Müsavatçılıq irsi hansısa partiyaya məxsus deyil”- Yeni qalmaqal
Bizi izləyin

Nida.az

“Müsavatçılıq irsi hansısa partiyaya məxsus deyil”- Yeni qalmaqal

“Bu, Azərbaycan dövlətçiliyinin əsasında dayanan prinsipdir. Bu ideologiya ilə istənilən təşkilat fəaliyyət göstərə, onun qorunması istiqamətində çalışa bilər. Milli Şura da milli dövlətçiliyimizin əsasını qoyan Rəsulzadənin irsinin qorunmasını əsas vəzif

"Rəsulzadə irsi milli xarakter daşıyır, hansısa partiyaya aid deyil”.Bu barədə Milli Şuranın üzvü, AXCIP sədrinin müavini Fuad Qəhrəmanlı Publika.Az -a açıqlamasında deyib.M. Ə. Rəsulzadənin “”Dövlətçiliyimizin qorunmasında, möhkəmlənməsində maraqlı olan və buna çalışan təşkilatın adı Müsavat olmaya da bilər, lakin ideologiya müsavatçılıq olacaq” fikrini xatırladan F. Qəhrəmanlı deyib ki, Milli Şura Elçibəy-Rəsulzadə irsini davam etdirən təşkilatdır.

“Rəsulzadə irsinə Müsavat daha çox iddia edir” sualına cavabında AXCP sədrinin müavini bildirib ki, müsavatçılıq irsi hansısa partiyaya məxsus deyil: “Bu, Azərbaycan dövlətçiliyinin əsasında dayanan prinsipdir. Bu ideologiya ilə istənilən təşkilat fəaliyyət göstərə, onun qorunması istiqamətində çalışa bilər. Milli Şura da milli dövlətçiliyimizin əsasını qoyan Rəsulzadənin irsinin qorunmasını əsas vəzifələrindən biri hesab edir”.

Milli Şura ilə Müsavat Partiyasının M. Ə. Rəsulzadənin 130 illiyi ilə bağlı abidəsini ayrılıqda ziyarət etmə qərarını şərh edən F. Qəhrəmanlı deyib ki, hər bir təşkilat ayrılıqda qərar verdiyi üçün ziyarət vaxtını da özü təyin edib.“Milli Şuranın müəyyənləşdirdiyi vaxt Milli Şuraya aiddir. Digərləri necə edirlərsə, özləri bilər. Burda qeyri-adi nəsə yoxdur. Buna hansısa partiyalararası münaqişə kontekstində baxmaq doğru olmaz”-deyə o diqqətə çatdırıb.

Qeyd edək ki, Milli Şuranın Koordinasiya Şurasının dünən keçirilən iclasında qərar qəbul edib ki, M. Ə. Rəsulzadənin abidəsini ziyarət etmək üçün yanvarın 31-də saat 12.00-da toplaşacaq. Müsavat isə ondan bir gün öncə Divanın toplantısında verdiyi qərara görə, Rəsulzadənin abidəsini 31 yanvar saat 11.00-a ziyarət edəcəklər.

Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı isə bu ənənənin Müsavat tərəfindən qoyulduğunu deyib. Bildirib ki, Müsavat bu səpkili tədbirləri 1992-ci ildən başlayaraq keçirir, digər partiyalarsa sonradan onlara qoşulub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm