Devid Kemeron: “Azərbaycanla fəxr edirəm”
Bizi izləyin

Nida.az

Devid Kemeron: “Azərbaycanla fəxr edirəm”

Böyük Britaniya ilə Azərbaycan arasında möhkəm əlaqələr qurulub.

Bunu Böyük Britaniyanın Baş naziri Devid Kemeronun Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir.

Məktubda bildirilir: "Azərbaycan ilə Birləşmiş Krallıq arasında möhkəm ikitərəfli münasibətlərlə fəxr edirəm".

D.Kemeron qeyd edib ki, mövcud ticarət əlaqələrinin əsasını Britaniyanın BP kimi iri şirkətləri ilə olan münasibətlər təşkil edir. Həmin şirkətlər xüsusilə Azərbaycan iqtisadiyyatının neft-qaz sektoruna yatırılan birbaşa xarici investisiyaların iri mənbəyidir /Trend/.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm