“Onların dediyi ilə razılaşanda inqilabçı, əksinə olanda iradəsiz olur?”
Bizi izləyin

Nida.az

“Onların dediyi ilə razılaşanda inqilabçı, əksinə olanda iradəsiz olur?”

“Onların dediyi ilə razılaşanda inqilabçı, əksinə olanda iradəsiz olur?”

“Bəxtiyar Quliyev onların siyasi düşüncələrini bölüşəndə ağıllı, intellektli, inqilabçı biri idi, amma özünün fikirlərini dilə gətirəndə, ölkə başçısına müraciət edəndə düşüncəsiz, iradəsiz olur?”

Bu barədə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Publika.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, sevindirci haldır ki, artıq bu gənclər öz səhvlərini başa düşürlər: “Bu yaxşı haldır ki, radikal müxalifətin arxasınca gedən NİDA-çı gənc öz səhvini etiraf edib. Radikal müxalifətin təsiri altında ölkədə hökumətə qarşı təxribat xarakterli işlərə təhrik olunan gənclərin gec də olsa səhvlərini başa düşmələri və yenidən normal şəkildə cəmiyyətdə yer tutmaq istəklərini dilə gətirmələrini düzgün addım hesab edirəm. NİDA üzvü Bəxtiyar Quliyevin prezident İlham Əliyevə ünvanladığı məktubda öz səhvini başa düşdüyünü bildirməsini müsbət addım kimi qəbul edirəm. Bu gənclər İsa Qəmbərin, Əli Kərimlinin təsiri altında formalaşmışdılar. Onların yanında olan, onlardan tapşırıqlar alan gənclər atdıqları addımların səhv olduğunu və bunun hansı nəticələrə gətirib çıxaracağını əvvəlcədən düşünməlidirlər. Digər NİDA-çı gənclər də Bəxtiyar Quliyevdən nümunə götürməlidirlər. Gənclər fikirləşməlidirlər ki, özlərinə lider hesab etdikləri Əli Kərimli, İsa Qəmbər bu zaman ərzində bir dəfə də olsun onları həbsxanada ziyarət etməyiblər. Bir ildə ziyarətə gəlməyənlər 7-8 ildə də gəlməyəcəklər. Necə ki, Ruslan Bəşirlinin həbs olunduğu 7 il ərzində Əli Kərimli onu ziyarət etməmişdi. Dağıdıcı inqilab uğrunda həbsə düşənlər bunu yaxşı düşünməli və səhvlərini etiraf etməklə azad olunmağa çalışmalıdırlar”.

BAXCP rəsmisi onu da qeyd edib ki, radikal müxalifət nümayəndələri Bəxtiyar Quliyevin bu etirafından sonra ona qarşı sosial mediada, öz mətbu orqanlarında mənfi rəy, imic formalaşdırmağa çalışırlar: “Bu insanlar səhvini etiraf edən gəncin məcburiyyətdən belə addım atdığını söyləməkdən belə çəkinmirlər. Əli Kərimliyə yaxın insanların bu fikirləri əsassızdır. Bəxtiyar Quliyev onların siyasi düşüncələrini bölüşəndə ağıllı, intellektli, inqilabçı biri idi, amma özünün fikirlərini dilə gətirəndə, Ölkə başçısına müraciət edəndə düşüncəsiz, iradəsiz olur?”

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm