Eldar Namazov Mirqədirovun işi üzrə dindirilir: “Onu yola saldım”
Bizi izləyin

Nida.az

Eldar Namazov Mirqədirovun işi üzrə dindirilir: “Onu yola saldım”

Eldar Namazov Mirqədirovun işi üzrə dindirilir: “Onu yola saldım”

“El” hərəkatının rəhbəri, politoloq Eldar Namazov jurnalist Rauf Mirqədirovun işi ilə bağlı Baş Prokurorluqda dindirilir.

E. Namazovun özü ilə əlaqə saxlamaq istəsək də, onun mobil telefonu bağlı idi. “El” üzvü, politoloq Zəfər Quliyev Publika.az-a açıqlamasında bildirib ki, E. Namazov hələ də dindirilmədədir: “O hələ prokurorluqdadır. Telefonunu götürüblər, yəqin, dindirilmə bitəndən sonra qaytaracaqlar.

Mən hazırda orda deyiləm. Onu prokurorluğa yola saldım. Dindirilmə təxminən bir neçə saat çəkə bilər. Bu, sualların sayına baxır”.

Z. Quliyev qeyd edib ki, “El” sədri Rauf Mirqədirov işində şahid kimi dindirilir: “Dəqiq məlumata malik deyiləm. Ona görə hansı sualların verildiyini deyə bilmərəm. Amma maksimum günün sonunda bitəcəyini düşünürəm”.

Qeyd edək ki, “Ayna-Zerkola” qəzetinin Türkiyə təmsilçisi Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham olunur. Bu işlə bağlı dindirilməyə çağırılan Leyla və Arif Yunuslar ölkədən qaçmağa da cəhd göstərmişdi. Məlumat üçün onu bildirək ki, E. Namazov da Ermənistanla “xalq diplomatiyası”nın qurulması layihələrində iştirak edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm