Qarabağla bağlı Paris danışıqları: “Ciddi irəliləyiş gözlənilmir"
Bizi izləyin

Nida.az

Qarabağla bağlı Paris danışıqları: “Ciddi irəliləyiş gözlənilmir"

Çünki son zamanlar tərəflər cəbhədə atəşkəsin pozulmasında bir-birini ittiham edir. Azərbaycanın yeni müdafiə nazirinin cəbhə rayonlarına səfəri və buna cavab olaraq Ermənistanın müdafiə nazirinin Dağlıq Qarabağa səfəri müharibəyə hazırlıq, təcavüz kimi t

Bu gün Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədləri ilə birgə görüş keçiriləcək. Siyasi təhlilçilər isə xarici işlər nazirlərinin görüşünə nikbin yanaşmırlar.

Publika.Az –ın məlumatına görə, Politoloq, millət vəkili Rasim Musabəyov BBC Azərbaycancaya görüşdə prezidentlərin növbəti görüşü üçün hazırlıqların müzakirə olunacağını düşünmədiyini bildirib.

“Prezidentlərin görüşündən öncə hazırlıq olmalıdır. Əgər mövqeləri yaxınlaşdırmaq mümkün olacaqsa, Minsk Qrupun həmsədrləri bölgəyə səfərə gələcəklər və az-çox prezidentlərin görüşünə hazırlıqlardan söhbət gedə bilər”, - o, vurğulayıb.

Politoloq Ərəstun Oruclu nazirlərin görüşündən münaqişəsinin nizamlanmasına dair ciddi irəliləyiş gözləmədiyini dilə gətirib:“Bu görüş yalnız tərəflər arasında yaranmış gərginliyin aradan qaldırılmasına xidmət edə bilər. Çünki son zamanlar tərəflər cəbhədə atəşkəsin pozulmasında bir-birini ittiham edir. Azərbaycanın yeni müdafiə nazirinin cəbhə rayonlarına səfəri və buna cavab olaraq Ermənistanın müdafiə nazirinin Dağlıq Qarabağa səfəri müharibəyə hazırlıq, təcavüz kimi təqdim olunur” .

Ə.Oruclunun sözlərinə görə, kəşfiyyat qruplarının qarşı tərəfə keçib məlumat əldə etməsi barədə xəbərlər ciddi təlaş doğurur.

Xatırladaq ki, xarici işlər nazirlərinin sonuncu görüşü ötən il dekabrın 5-də ATƏT-in Nazirlər Şurasının sammitində baş tutub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm