Əhməd İmamquliyev: “Marneuliyə gürcünü mer gətirmək istəyirlər”- Özəl
Bizi izləyin

Nida.az

Əhməd İmamquliyev: “Marneuliyə gürcünü mer gətirmək istəyirlər”- Özəl

Əhməd İmamquliyev: “Marneuliyə gürcünü mer gətirmək istəyirlər”- Özəl

“Marnuelidə əhalinin əksəriyyətinin bizi dəstəklədiyi aydın olan kimi hakimiyyət tərəfindən maneələr yaradılmağa başladı. Lakin mənim nə seçki kampaniyamda, nə də şəxsi həyatımda heç bir problem tapa bilmədilər”.

Bu barədə Gürcüstanda Marneuli rayonunda mer seçkilərində ən şanslı namizəd hesab edilən və ləğv edilmiş qeydiyyatı yenidən bərpa olunan müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının (keçmiş prezident Mixail Saakaşvilinin lideri olduğu partiya-red) üzvü olan azərbaycanlı Əhməd İmamquliyev Publika.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Marneuli rayonunda əhalinin 85 faizi azərbaycanlılardır: “Bu qədər azərbaycanlının yaşadığı bölgəyə Tiflisdən olan bir gürcünü mer gətirmək istəyirdilər. Lakin əhali məni dəstəkləyir və qələbə şansım çoxdur. Buna görə də məni seçkidən uzaqlaşdırmaq istəyirlər, amma mən məhkəməyə müraciət etdim və hakim mənim xeyrimə qərar çıxartdı”.

Ə, İmamquliyev öz şanslarını yüksək qiymətləndirdiyini bildirib. Qeyd edib ki, əhalinin əhvali-ruhiyyəsi yüksəkdir və seçkidə ona səs verəcəklərini açıqlayıblar. Azərbaycanlı namizəd mer seçiləcəyi təqdirdə Marneulidə görəcəyi işlərlə bağlı da danışıb.

“Ötən müddət ərzində hakim “Gürcü Arzusu” koalisiyası Marneulidə başlayan bütün layihələri dayandırıb. Hazırda rayonda heç bir iş görülmür. Biz qalib gələcəyiksə, bu layihələri davam etdirib sona çatdırmağa çalışacağıq. Demək olar ki, bütün kəndlərdə problemlər var. Biz yerlərə gedib əhali ilə birbaşa ünsiyyət quracağıq və onlar üçün prioritet olan problemlərin həllindən başlayacağıq”,– deyə Ə. İmamquliyev qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm