Nida.az
Strasburqda bayrağımız yığışdırıldı
“Kimlərinsə təzyiqi ilə Strasburqda yerləşdirilən reklam bannerlərinin və meriyanın qarşısından Azərbaycan bayrağının çıxarılması Avropanın və Avropa Şurasının prinsiplərinə ziddir”.
Bu sözləri Axar.az-a millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Asim Mollazadə AŞ-nin Nazirlər Komitəsinə Azərbaycanın sədrliyinin başlaması ilə bağlı Strasburqda yerləşdirilmiş reklam bannerlərinin yığışdırılması məsələsinə aydınlıq gətirərkən dedi.
A.Mollazadə problemin hələlik nədən qaynaqlandığı barədə məlumatsız olduğunu bildirdi:
“Bilmirəm orada nə baş verib və səbəblər nədir. Ancaq belə bir hal təbii ki, qəbuledilməzdir. Çünki Azərbaycan özünü tanıtmaq, Avropa Şurasında sədrliyin başlaması münasibətilə Strasburqda müvafiq tədbirlər planlaşdırır. Ancaq kimlərinsə təzyiqi ilə bütün bunlara qarşı çıxmaq mənə elə gəlir ki, Avropanın və Avropa Şurasının prinsiplərinə ziddir”.
Qeyd edək ki, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin başlaması ilə bağlı Strasburqda yerləşdirilmiş reklam bannerləri yığışdırılıb. AŞ NK-ya sədrlik edən ölkə Strasburq küçələrində bannerlər yerləşdirmək, reklamlar asmaq hüququ qazanır və özünü tanıtmaq üçün təbliğatdan istifadə edir. Azərbaycanın sədrliyə başlaması ilə də hazırlıqlar adi qaydada aparılıb. Mayın əvvəlində Strasburq meriyasının qarşısında Azərbaycan bayrağı qaldırılıb. Lakin bir müddət sonra bayraqlar və bannerlər yığışdırılıb. Səbəb kimi isə AŞ PA-nın Bakıda keçirilən toplantısına qatılan Fransa nümayəndə heyətinin üzvü, assambleyanın vitse-prezidenti Rene Rukeyə Azərbaycanın viza verməməsindən doğan gərginlik göstərilib. “Virtualaz.org”un məlumatına görə, viza verilməməsini Azərbaycan onun daha əvvəl işğal altındakı ərazilərimizdə səfərdə olması ilə əsaslandırıb.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək