İlham Əliyev Davosda Fransanın xarici işlər naziri ilə görüşüb
Bizi izləyin

Nida.az

İlham Əliyev Davosda Fransanın xarici işlər naziri ilə görüşüb

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda Fransanın xarici işlər naziri Loran Fabius ilə görüşmüşdür.Loran Fabius Fransa Prezidenti Fransua Ollandın salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi bildirildi, qarşılıqlı sərmayələrin əhəmiyyətindən danışıldı. Qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirildi.

Əlaqələrimizin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilən görüşdə mədəniyyət sahəsində yüksək səviyyədə əməkdaşlığın aparıldığı vurğulandı.Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Fransua Ollandın salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Fransa Prezidentinə çatdırmağı xahiş etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm