"Ermənistanda erməni qalmayıb"
Bizi izləyin

Nida.az

"Ermənistanda erməni qalmayıb"

Ermənistanda erməni qalmayıb

“Ermənistan beynəlxalq aləm üçün lazımsız dövlətə çevrilir. Hazırda ölkədə yarım milyon əhali belə qalmayıb”

Publika.az-ın məlumatına görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik əsərin təqdimat mərasimindəki çıxışında bildirib. O qeyd edib ki, təkcə ötən il 120 min erməni Ermənistanı tərk edib:”Ermənistan getdikcə boşalır”.

Dünya üzrə qaçqınların sayından bəhs edən komitə sədri bildirib ki, 2012-2013-cü illər ərzində elə təkcə Suriyada baş verənlər üzündən qaçqınların sayında 6 milyon artım olub:"İndi bunlar demokratiya yaratdılar? Əfqanıstan, İraqı dağıtdılar, indi də gəlib qonşuluğumuza çıxıblar. Ukraynadan sonra növbədə kim olacaq, bilmirik. Deyirlər bulanıq suda balıq tutmaq asandır, ona görə də qəsdən suyu bulandırırlar. Erməni xalqı oyansa, başa düşsə ki, bu rejim dəyişməlidir, o zaman Ermənistan və Azərbaycan qabaq-qabağa oturub problemlərini həll edə bilərlər. ATƏT-in Minsk qrupunun üzvü deyirdi ki, 5 ay sonra insanlar öz torpaqlarına qayıdacaqlar, siz buna hazırsınız? Mən ona dedim ki, siz hardan gəlmisiniz?

Növbəti dəfə bura səfər edəndə mənimlə görüşməyi unutma, dedim. Lakin 8 ay sonra gəldi. ABŞ səfirliyinə müraciət etdim, lakin görüşmədi mənimlə. Hər il bizim başımızı aldadırlar. Problemin yeganə həlli prezidentin də qeyd etdiyi kimi, xalqın rifahını yaxşılaşdırmaq, iqtisadiyyatı və ordunu gücləndirməkdir".

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm