Rusiyalı ekspert: “Ermənistan Qarabağla bağlı şərtləri yerinə yetirməlidir”
Bizi izləyin

Nida.az

Rusiyalı ekspert: “Ermənistan Qarabağla bağlı şərtləri yerinə yetirməlidir”

“Moskvanı yalnız bir məsələ düşündürür. Ermənistanın Avrasiya layihələrinə qoşulması Rusiya-Azərbaycan münasibətlərini korlamamalıdır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri “Ekspert" jurnalının xarici siyasət məsələləri üzrə xüsusi müxbiri, rusiyalı analitik Qevorq Mirzayan erməni mətbuatına açıqlamasında deyib.

Analitikin sözlərinə görə, Rusiya Ermənistanın Avrasiya inqetrasiya layihələrinə qoşulması prosesini qəsdən gecikdirir. O, həmçinin bildirib ki, Rusiyanı Ermənistanı özündən uzaqlaşdırmaq niyyətində də deyil: “Bu faktdır ki, Avrasiya inteqrasiya layihələri Rusiyanın əsas xarici siyasət hədəfidir və Vladimir Putinin məsələsidir. Buna görə də Putin şəxsi layihələrini həyata keçirməkdə israrlı olacaq. Bir başqa məsələ isə ondan ibarətdir ki, Rusiya Ermənistanın Avrasiya İttifaqına girişi ilə Rusiya-Azərbaycan münasibətlərinin korlanmasını istəmir”.

Q.Mirzoyan hesab edir ki, Ermənistan Avrasiya layihələrinə qoşulmaq üçün Qarabağla bağlı şərtləri yerinə yetirməlidir. “Bu şərtlər Rusiya və başqa Avrasiya ölkələri tərəfindən diktə edilir. Məsələ ondan ibarətdir ki, Ermənistanın Avrasiya layihələrinə qoşulması regional təhlükəsizlik sistemi üçün maksimal ağrısız keçməlidir”, - rusiyalı analitik deyib.

O, hesab edir ki, Ermənistan yekunda bu layihələrə qoşulmalıdır. Analitik Yerevanın faktiki olaraq, başqa variantlara malik olmadığını bildirir. Q.Mirzayanın fikrincə, Avrasiya İttifaqına Ermənistan, Qırğızıstan və Tacikistan kimi ölkələrin qoşulmasının effektli olub-olmadığını vaxt göstərəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm