Nida.az
Azərbaycanlı namizədin səsləri geri qaytarılacaqmı?
Gürcüstan məhkəməsi azərbaycanlı namizədlə bağlı qərarını sabah verə bilər.
Gürcüstanda iyunun 15-də keçirilən bələdiyyə seçkilərində Vahid Milli Hərəkat Partiyasından Marneuli rayonu üzrə namizəd olan Əhməd İmamquliyev Publika.az-a açıqlamasında deyib ki, seçkilərin saxtalaşdırılması ilə bağlı ilkin məhkəmə qərarı olub: “Birinci qərar səslərin sayılması ilə bağlıdır. Təxminən 10 məntəqədə qanunsuz bülletenlərin olduğu aşkarlandı. İndi də ikinci turun keçirilməsi ilə bağlı məhkəmə işi olmalıdır. Biz əlimizdə olan bütün faktları məhkəməyə təqdim etmişik. İnanırıq ki, ikinci tur keçiriləcək”.
Ə. İmamquliyev bildirib ki, Gürcüstanın bir neçə bölgəsində seçkinin nəticələri ləğv edilərək ikinci tur keçirilib.
“Saxtakarlığın ən çox baş verdiyi bölgələrdən biri də Marneulidir. Biz sona qədər gedəcəyik və ikinci turun keçirilməsinə nail olacağıq”, - deyə o qeyd edib.
Qeyd edək ki, iyunun 15-də keçirilən bələdiyyə seçkilərində
azərbaycanlıların yaşadığı Marneuli rayonunda hakim “Gürcü arzusu”
koalisiyasının namizədi Merab Topçıvaşvili qalib elan olundu. Lakin
əhalinin ən çox dəstəklədiyi azərbaycanlı namizəd seçkinin
nəticələrini tanımayaraq məhkəməyə müraciət edib.
Asif
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək