Nida.az
İran İŞİD-ə qarşı azərbaycanlı ordusu yaradır - ÖZƏL
İran şiələrin müqəddəs məbədlərində hücum edən İŞİD-ə qarşı azərbaycanlılardan ibarət ordu yaradır.
Bu barədə İranda adının açıqlanmasını istəməyən azərbaycanlı
fəallardan biri Publika.az-a məlumat verib. Məlumata görə, İranın
din xadimləri müqəddəslərimiz təhlükədə şüarı ilə məscidlərdə
təbliğata başlayıblar.
“Bu, tağımlar şəkilində olan silahlı qrupdur. Burada əsasən Cənubi Azərbaycanda yaşayan azərilər , eləcə də İran mədrəsələrində təhsil alan, Azərbaycandan gəlmiş gənclər cəmləşdirilir. Həmçinin, azərilərdən başqa, qeyri-millətlərdən olan nümayəndələr də bu qrupda yer alırlar. Təkcə farslar yoxdur”-deyə mənbə bildirir.
Azərbaycanlı fəal bildirib ki, yaradılan ordu Qum şəhərində yerləşən təlim düşərgəsində hazırlıq keçir. Daha sonra onlar Kərbəlaya göndərilir: “Bu düşərgə Qum şəhərinin bir neçə kilometrliyində yerləşir. Bu hərbi qruplar “Hizbullah”ın qolu olaraq fəaliyyət göstərirlər”.
Qeyd edək ki, bundan əvvəl İranın qeyri-farslardan ibarət ordu yaradaraq Suriyada Bəşər Əsəd tərəfindən döyüşə göndərdiyi xəbərləri yayılmışdı. İŞİD-ə qarşı yaradılan yeni ordunun həmin qruplar olduğu ehtimal olunur.
Asif
-
Magazin123:07
"Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO