“Ukraynada baş verən hadisələrin Azərbaycana təsiri mümkün deyil” - RƏY
Bizi izləyin

Nida.az

“Ukraynada baş verən hadisələrin Azərbaycana təsiri mümkün deyil” - RƏY

Ukraynada baş verən hadisələrin Azərbaycana təsirini sıfıra bərabər hesab edirəm.Bunu jurnalistlərə açıqlamasında Prezident Adminstrasiyasının (PA) rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Gün.Az-ın müxbirinin sualına cavabında deyib.

PA rəsmisinin qeyd etdiyinə görə, bu gün Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik var və bu sabitlik əsası mərhum prezident Heydər Əliyev tərəfindən qoyulan və indiki prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində mümkün olub:“Bu gün Azərbaycan xalqının ən böyük sərvəti ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasıdır.Bunu bilmək, anlamaq və başa düşmək lazımdır.

Bir fikir verin, dünyada nələr baş verir. Bu gün dünyada onlarla ölkə var ki, orada yaşananlar həmin ölkələrin özləri üçün də, xalqları üçün də, hökumətləri üçün də böyük fəlakətdir. Onlara bu vəziyyətdən çıxmaq üçün ən azı onilliklər lazım gələcək.Ancaq bu gün Azərbaycan dövləti özünün elə inkişaf mərhələsindədir ki, orada hansısa xoşgəlməz hadisələrin baş verməsi qeyri-mümkündür. Heydər Əliyev siyasətinin də ən böyük uğuru ondadır ki, bu gün hamımız belə bir rahat vəziyyətdə yaşayırıq.

Onu da qeyd etmək istəyirəm ki, vaxtilə Azərbaycanda da Ukraynada baş verən narıncı inqilabı təkrarlamaq üçün cəhdlər edildi.O vaxt olduğu kimi, indi də bu cəhdlər heç bir nəticə verməyəcək. Hətta ərəb dünyasında baş verən “ərəb baharı”nı da Azərbaycana köçürmək istəyənlər oldu.Gördüyünüz kimi bu cəhdlər də alınmadı. Çünki Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik mühiti var. Mən demirəm ki, Azərbaycanda hansısa problem yoxdir.Ancaq əsas odur ki, bu nöqsanları, problemləri aradan qaldırmaq üçün siyasi qərar ortadadır və hər il də bu istiqamətdə uğurlu addımlar atılır”.

N.Məmmədov son olaraq Ukraynada baş verən hadisələrin həmin dövlətin və xalqın daxili işi olduğunu vurğulayıb və əlavə edib ki, Ukrayna xalqı özü müdrik qərar qəbul edərək bu vəziyyətdən çıxış yolunu tapa biləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm