Fransua Ollandın Azərbaycana səfərinin vaxtı bəlli oldu
Bizi izləyin

Nida.az

Fransua Ollandın Azərbaycana səfərinin vaxtı bəlli oldu

Fransua Ollandın Azərbaycana may ayında səfər edəcəyi gözlənilir

Fransa prezidentinin Azərbaycana səfərinin ilkin vaxtı bəlli olub.

Prezident Fransua Ollandın Azərbaycana may ayında səfər edəcəyi gözlənilir. Bu barədə Trend-ə çərşənbə axşamı məlumatlı mənbədən bildirilib.

F.Olland Prezident İlham Əliyevin dəvəti ilə bu il Azərbaycana səfər etmək niyyətini bir müddət əvvəl Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovla görüşündə təsdiqləmişdi.

Fransada akkreditə olunmuş diplomatik korpus üçün Yeni il münasibətilə Yelisey sarayında keçirilən ənənəvi illik görüşdə Azərbaycan səfiri E.Əmirbəyovla Fransa prezidenti F.Olland arasında qısa söhbət olub.

F.Olland görüşdə son vaxtlar müşahidə olunan ikitərəfli Fransa-Azərbaycan münasibətlərinin inkişafında artan dinamikaya görə məmnunluğunu ifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm