Müsavat sədrinin həbs edildiyini deyir, polis təkzib edir
Bizi izləyin

Nida.az

Müsavat sədrinin həbs edildiyini deyir, polis təkzib edir

“Müsavat Partiyası Goranboy təşkilatının sədri Yusif Namazoğlu həbs edilib”.

Publika.az xəbər verir ki, bu barədə partiyanın icra aparatının rəhbəri Arif Hacılı bildirib.

Arif Hacılı deyib ki, bu haqda ona partiyanın Goranboy təşkilatının fəallarından biri deyib: “Xocalı polisinın onu həbs edərək Ağcakənddə yerləşən polis idarəsinə apardığı bildirilir”.

Arif Hacılı Yusif Namazoğlunun xəsarət aldığını, həbsin motivlərinin isə hələlik məlum olmadığını deyib.
Goranboy Rayonu Ağcakənd polis sahəsindən axar.az-a verilən məlumata görə, Yusif Namazoğlu həbs olunmayıb, sadəcə, polislərə müqavimət göstərdiyinə görə Ağcakənd polis sahəsinə gətirilib.

Hazırda onun Ağcakənd polis sahəsində olduğu bildirilib: “Onun qohumunun avtomobili saxlanılıb. Bu zaman qohumunun yanında əyləşən Yusif Namazoğlu polislərə müqavimət göstərib. Bundan sonra əməliyyat qrupuna məlumat verilib və dərhal həmin şəxs idarəyə gətirilib. Hazırda sahə rəisinin otağındadır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm