Dini radikallarla bağlı Prezident Administrasiyasına müraciət ediləcək
Bizi izləyin

Nida.az

Dini radikallarla bağlı Prezident Administrasiyasına müraciət ediləcək


Yaxın vaxtlarda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi müraciət göndərəcək. Publika.Az-ın məlumatına görə, bunu bu gün QMD-də keçirilən tədbirdə qurumun sədri Allahşükür Paşazadə bildirib:"Azərbaycanda bəzi dini radikallarla bağlı Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə, əgər lazım olsa, Xarici İşlər Nazirliyinə məktubla müraciət etmək fikrindəyik"

Onun sözlərinə görə, müraciət Azərbaycandan Suriya və digər münaqişə ocaqlarına guya din uğrunda mübarizəyə gedənlərlə bağlıdır. Bütün Qafqazın Şeyxi deyib: “Biz elan etdiyimiz fətvanın nüsxəsini də rəsmi olaraq nazirliyə göndərmək niyyətindəyik. Çünki dövlət də bundan narahatdır və bunun qarşısını almaqda maraqlıdır. Bunun qarşısını birlikdə almalı, fikirləşməliyik ki, bu axının qarşısının alınması üçün nə edək?”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm