Mustafa Krımoğlu tatarların Rusiyaya qarşı partizan hərəkatından danışdı - Özəl
Bizi izləyin

Nida.az

Mustafa Krımoğlu tatarların Rusiyaya qarşı partizan hərəkatından danışdı - Özəl

“Bu gün ərazi bütövlüyü pozulan Ukraynadır və itirilən torpaq bizim tarixi torpağımız Krımdır. Biz sona qədər Kiyevin yanındayıq”.

Bu barədə Krım tatarlarının lideri Mustafa Krımoğlu Publika.az-a açıqlamasında Rusiya mediasında yayımlanan Kiyevin Krım tatarlarından ibarət Rusiyaya qarşı partizan dəstələri hazırladığı iddialarına münasibət bildirərkən deyib. Krımoğlu bu iddiaları təkzib edib. Bildirib ki, torpağı işğal edilən tatarlar işğalçılara qarşı mübarizə aparacaq.

“Öz torpağımızı geri qaytarana qədər mübarizə aparacağıq. Amma bu mübarizə indiki məqamda beynəlxalq hüquqa söykənən mübarizədir. Biz beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı təzyiq etməsini istəyirik. Hər şey beynəlxalq hüquq çərçivəsində həll edilməlidir”, - deyə Krımoğlu bildirib.
Qeyd edək ki, Rusiya mediası iddia edir ki, Kiyev Krımda məxfi şəkildə döyüş hərəkətlərinə hazırlaşmağa başlayıb. İddialara görə, mümkün münaqişəyə NATO, “Sağ sektor” və Krım tatarları cəlb edilə bilər. (http://publika.az/p/30550)

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm