Ankara “Putin ittifaqına” gəlir? - Şok
Bizi izləyin

Nida.az

Ankara “Putin ittifaqına” gəlir? - Şok

Türkiyə Rusiya, Belarus və Qazaxıstanla Gömrük Şurasında azad ticarət zonasının yaradılmasına təşəbbüs edir.

Publika.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyakayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, türkiyəli həmkarı ilə müzakirələrində Ankaranın Gömrük Şurası ilə daha sıx əməkdaşlıq etmək istəyində olduğu aydınlaşıb: “Biz mümkün əməkdaşlıq formalarını müzakirə etdik, həmçinin Türkiyənin Gömrük Şurasında azad ticarət zonasında iştirakını. Razılaşdıq ki, sentyabrda bu məsələ ilə bağlı işçi qrupu yaradılsın və perspektiv imkanlar araşdırılsın”.

Qeyd edək ki, Türkiyə hazırda Avropa Birliyi ilə azad ticarət zonası haqda razılaşmaya malikdir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm