Rumıniya telekanalında Azərbaycandan bəhs olunan veriliş yayımlanıb
Bizi izləyin

Nida.az

Rumıniya telekanalında Azərbaycandan bəhs olunan veriliş yayımlanıb

Veriliş rumın tamaşaçıları tərəfindən maraqla izlənilib

ARDNŞ-in Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov Rumıniyanın “Naşul Tv” televiziya kanalında eyni adlı “Naşul” (Xaç atası) verilişinin qonağı olub. Bu barədə Publika.Az-a ARDNŞ-in Rumıniya nümayəndəliyindən məlumat verilib.

Məlumata görə, verilişin aparıcısı qonağa ARDNŞ-in Rumıniyadakı fəaliyyəti və perspektivləri barədə suallar verib. Həmzə Kərimov təmsil etdiyi şirkət, onun xaricdə həyata keçirdiyi layihələr, Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP, Petkim, Star neft emal zavodu barədə danışıb. O, Rumıniya ilə Azərbaycan arasında yüksək səviyyədə siyasi və iqtisadi əlaqələr qurulduğunu, ölkələrimizin strateji tərəfdaş olduqlarını vurğulayıb.

H.Kərimov Rumıniya bazarında ARDNŞ-in investisiyalarının istiqamətini və gələcək inkişafını təfərrüatı ilə diqqətə çatdırıb, Azərbaycanda gedən inkişafı, minlərlə azərbaycanlı tələbənin dövlət hesabına xarici ölkələrdə təhsil almasını uğurlu daxili və xarici siyasətin nəticəsi kimi dəyərləndirib.

Aparıcı Rumıniyada təhsil alan tələbənin ARDNŞ-ın Rumıniya nümayəndəliyinin direktoru vəzifəsini tutmasının təqdirəlayiq hal olduğunu bildirib. R.Moraru Azərbaycan Prezidenti İlham Əliyevin neftdən əldə olunan gəlirlərin insan kapitalına çevrilməsinə, qeyri-neft sektoruna yatırımların davam etdirilməsinə yönəlmiş siyasətini alqışlayıb.

O, son illər Azərbaycanın turizminə qoyulan investisiyaların ildən-ilə artan turist axını ilə müşayiət olduğunu, xizək sürmək üçün Şahdağ idman-turizm kompleksinə getməyi planlaşdırdığını deyib.

Veriliş rumın tamaşaçıları tərəfindən maraqla izlənilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm