Rəsulzadənin davamçısı hansı partiyadır? - İDDİA
Bizi izləyin

Nida.az

Rəsulzadənin davamçısı hansı partiyadır? - İDDİA

Dövlət tərəfindən bizim partiyaya yubileyi keçirmək üçün böyük yer təklif olunsa da, biz elə öz qərargahımızda mərhum liderin 130 illik yubileyini qeyd etdik. Çünki onun qoyduğu ideyaların davamçısı Müasir Müsavat Partiyasıdır


“Rəsulzadənin yolunu Müasir Müsavat Partiyası gedir”.Publika.Az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev “Facebook” səhifəsində yazıb. Partiya sədri bildirib ki, MMP olaraq Məmməd Əmin Rəsulzadənin yubileyini qeyd ediblər: “60 nəfərdən çox üzvümüzün iştirakı ilə keçirdiyimiz tədbirdə onun Azərbaycan üçün gördüyü işlər barəsində danışdıq. Dövlət tərəfindən bizim partiyaya yubileyi keçirmək üçün böyük yer təklif olunsa da, biz elə öz qərargahımızda mərhum liderin 130 illik yubileyini qeyd etdik. Çünki onun qoyduğu ideyaların davamçısı Müasir Müsavat Partiyasıdır”.

H. Hacıyev qeyd edib ki, bu gün İsa Qəmbər Rəsulzadənin abidəsini ziyarət edə bilər: “Ancaq o unutmamalıdır ki, Rəsulzadə heç vaxt xarici kəşfiyyata işləməyib. O, Azərbaycan üçün çalışıb. Necə ki, Müasir Müsavat Partiyası da onun yolunu gedir. Buna görə də Rəsulzadənin abidəsini ziyarət etmək əsas şərt deyil, əsas olan onun qoyduğu ideyaları davam etdirməkdir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm