Müharibə üçün iki səbəb: Vardan Oskanyandan Qarabağ ssenariləri
Bizi izləyin

Nida.az

Müharibə üçün iki səbəb: Vardan Oskanyandan Qarabağ ssenariləri

Qətərin “Əl-Cəzirə” saytında Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi dərc edilib.

Publika.az-ın verdiyi xəbərə görə, məqalə “Ermənistan və Azərbaycan danışıqlar yolu ilə həllə nail olacaqmı?” adlanır.

Atəşkəs şərtlərinə itaətsizlik nədən yarandı?

Sabiq nazir qeyd edir ki, Yaxın Şərq və Ukraynada baş verən hadisələrin fonunda heç kim dünyanın başqa bir yerində qan tökülməsi və gərginliyin yaranmasına dözmək istəmir. V.Oskanyan bildirir ki, Qafqaz üçün alışdığımız passiv vəziyyət Qarabağda son döyüşlərlə partlayış əlamətlərini göstərdi: “BMT, ABŞ, Rusiya, Avropa Birliyi, İran və bir çox başqa ölkələr danışıqların təcili şəkildə bərpa edilməsi barədə çağırışlar etdi. Azərbaycan və Ermənistan prezidentlərinin turizm şəhəri Soçidə görüşündə atəşin dayandırılması əsas məsələ idi. Bu, əsas hədəfdir, amma onu reallaşdırması tamamilə başqa məsələdir. Siyasi şərtlər çətin ki, bunun həyata keçirilməsinə imkan versin”.

V.Oskanyan hesab edir ki, 1994-cü il atəşkəs şərtlərinə itaətsizlik iki səbəbdən yarandı: Münaqişə tərəflərin arasında pozulan hərbi tarazlıq və sülh danışıqlarına olan ümidlərin azalması. O, son üç il ərzində hər iki səbəbin də ciddi şəkildə pozulduğunu qeyd edib: “Azərbaycanın və Ermənistanın hərbi büdcəsi arasında böyük fərq var. Azərbaycan xeyli sayda hərbi texnika əldə edib. Azərbaycanda da hesab edirlər ki, hərbi qüvvə baxımından böyük üstünlüyə malikdirlər. Bundan başqa, son illərin sülh danışıqlarının səmərəsizliyi daha açıq görünür, tərəflərin mövqelərindəki fərq və ziddiyyətlər daha genişlənib. Bununla paralel olaraq yüksək səviyyədə danışıqlarda uzunmüddətli fasilə yaranıb, sülh perspektivləri barədə məyusluq var”.

Öz müqəddəratını təyin etmə haqqı?

Sabiq xarici işlər naziri sülh danışıqlarına daim təsir edən üç amilin olduğunu bildirir.

“Birinci amil super dövlətlərin qlobal və regional maraqlarıdır. İkinci amil beynəlxalq münasibətlərdə üstünlük təşkil edən tendensiyalardır. Bu tendensiyalar beynəlxalq təşkilatların qərarlarında görünür. Üçüncü amil isə münaqişə tərəflərinin mövcud ictimai-siyasi vəziyyəti və sülh prosesinin formalaşması üçün nümayiş etdirdiyi arzudur”.

V.Oskanyan Dağlıq Qarabağ danışıqlarının üç vasitəçisindən ikisinin – ABŞ və Rusiya arasında ciddi fikir ayrılıqlarının olduğunu bildirir. Onun sözlərinə görə, bu fikir ayrılıqları Ukrayna və Suriya məsələsi ilə yanaşı, Cənubi Qafqaz məsələlərində də özünü göstərir: “Vəziyyət çox maraqlıdır və ikitərəfli qılıncdan söhbət gedir. Amma hər şey proseslərin inkişafından asılıdır. Ancaq sular çox bulanıb. Öz müqəddəratını təyin etmə üzrə etnik münaqişələr məsələsində Rusiya və ABŞ-ın mövqeləri bir-birinə ziddir. Rusiya Kosovoda birtərəfli şəkildə öz müqəddəratını təyin edilməsinə qarşı çıxdı. Amma Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı, bu yaxınlarda isə Krım referendumunun nəticələrini tanıyaraq onu özünə birləşdirdi. Məhz burada təhlükə gizlənir. Bu zidd vəziyyət münaqişə tərəfləri və vasitəçilərdən nəzakətli diplomatik manevr tələb edəcək”.

Ssenarilər

Sabiq xarici işlər naziri “Son mərhələ necə olacaq? Yaşamağa qadir siyasi qərar varmı?” sualları ilə çıxış edir.

Onun fikrincə, üç və yeni olmayan ssenari mövcuddur. “Birincisi status-kvonun saxlanılması, ikinci – yeni müharibə, üçüncü isə danışıqlar yolu ilə həll”, – Oskanyan deyir.

V.Oskanyan hesab edir ki, beynəlxalq cəmiyyətin çox hissəsi, həmçinin vasitəçilər birinci ssenarini qəbul etməyəcəklər: “İkinci ssenarini – müharibəni təsəvvür etmək çətindir. Ermənilərdə müharibəyə başlamaq üçün səbəb yoxdur. Və nəhayət, üçüncü ssenari – münaqişənin danışıqlar yolu ilə həlli mövcuddur. Bu ən çox arzulanan ssenaridir. Amma bu ssenari əhəmiyyətli güzəştləri tələb edəcək. Danışıqlar artıq iyirmi ildir ki, gərgin şəkildə davam edir. Bu vaxta kimi beş ciddi təklif verilib və onlardan dördü rədd olunub. Təkliflərdən biri hələ də danışıqlar stolundadır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm