BAXCP rəsmisi: “AXCP-də “matros Faiq”dən başqa kimsə qalmayıb”
Bizi izləyin

Nida.az

BAXCP rəsmisi: “AXCP-də “matros Faiq”dən başqa kimsə qalmayıb”

“Müsavat Partiyasında artan gərginlik gözlənilən idi. Yəni bu, birbaşa İsa Qəmbərlə Arif Hacılı arasında gedən mübarizədir. Baş verən istefalar da bu səbəbdəndir”.

Publika.az-a açıqlamasında bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Müsavat Partiyasındakı başqan seçkilərini dəyərləndirərkən deyib.


“Artıq hər iki şəxs bir-birinə “mesajı” özlərinə yaxın şəxslər vasitəsilə edirlər. İsa Qəmbər başqanlıqda qalmaq niyyətini ortaya qoymaq istəyir. Dörd ildən artıqdır ki, Arif Hacılı İsa Qəmbərə başqanlıqda güzəşt edir və indi bu məsələni uzatmaq istəmir. Gələn ay Müsavat Partiyasının qurultayı keçirilməsə və İsa Qəmbər başqanlıqdan getməsə, Müsavat yüz faiz dağılacaq”, - N.Orduxanlı bildirib.

Onun sözlərinə görə, Müsavat Partiyasının son 20 ildə uğursuzluğunun əsas səbəbi də məhz İsa Qəmbərdir:
“Onun apardığı radikal siyasət partiyanı bu vəziyyətə gətirib çıxarıb. Özlərini müxalifətin “anası” adlandırırlar, ancaq parlamentdə bir nəfər də olsun təmsilçisi yoxdur. Belə də “ana” müxalifət olar? Parlament birbaşa siyasət meydanıdır. Digər tərəfdən, indiyə qədər Müsavat Partiyasından xeyli adamlar istefa verib. Partiyanı təsis edən adamlar da Müsavatdan gedir. Elələri də var ki, bu partiya ilə heç bir əlaqəsi yoxdur. Arif Hacılı bu vəziyyətin davam etməsini istəmir və yaxın ətrafına ümid verir ki, İsa Qəmbər başqanlıqdan getsə, partiyanın fəaliyyətində dəyişiklik olacaq. Ona görə də bu adamlar özlərini Müsavatın rəhbərliyində saxlamaqla qarşıdan gələn seçkilərdə uğur qazanmaq istəyirlər. Ancaq unudurlar ki, son 20 ildə məğlubiyyətin əsas səbəbi həm də aparılan siyasətdədir. Radikal siyasətlə heç bir uğur qazanmaq mümkün deyil. Necə ki indiyə qədər bunu qazana bilməyiblər”.

Arif Hacılının bütün rəqiblərindən güclü göründüyünü deyən N.Orduxanlı hesab edir ki, o, başqan olsa belə Müsavat Partiyasında istefa verənlər olacaq. Bunun qaçılmaz olduğunu deyən BAXCP sədrinin müavini bildirib ki, bunu vaxtilə Sülhədddin Əkbər, İbrahim İbrahimli və digərləri ediblər.


AXCP-nin fəaliyyətinə də münasibət bildirən N.Orduxanlı qeyd edib ki, bu gün sözügedən “matros Faiq”dən başqa heç kim qalmayıb. “Əbülfəz bəyin 1998-ci ildə qurultaydan sonra formalaşdırdığı AXCP Rəyasət Heyətinin 19 nəfər üzvündən bir nəfər belə Əli Kərimlinin yanında qalmayıb. “Matros Faiq” isə Əli Kərimlinin yerlisidir və həmişə onun köməkçisi işləyib”,- deyə o vurğulayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm