Nida.az
I Avropa Olimpiya Oyunlarını pozmaq istəyirlər - Şok iddia
Bakının 2015-ci il I Avropa Olimpiya Oyunlarına ciddi
hazırlaşdığı bir vaxtda buna paralel olaraq digər mərkəzlər də
hazırlıq mərhələsinə keçiblər. Lakin onların niyyəti Azərbaycan
haqqında “qara piar” kampaniyalarının təşkilidir.
Publika.az xəbər verir ki, bu
barədə Rusiya mediası Qərb mənbələrinə istinadən məlumat
yayıb.
“Bakı heç bir Avropa ölkəsinin üzərinə götürmədiyi bu oyunları keçirməyə razı oldu və bütün xərcləri ödəyəcəyini açıqladı. Hazırda ölkədə oyunlara ciddi şəkildə hazırlıq gedir. Lakin oyunlara ev sahibliyi etməkdən imtina edən Avropa ölkələrindəki mərkəzlər Bakıya qarşı “demokratiya, insan haqları, söz azadlığı” “prinsipi” ilə kampaniyaya hazırlaşır. Bu kampaniya tanışdır. 2012-ci ildə “Avroviziya” mahnı müsahibəsinə ev sahibliyi edən Bakıda Azərbaycan əleyhinə “qara piar” kampaniyasının bütün vasitələrindən istifadə edildi. Nəticə olmasa da, bu, xoşagəlməz hadisə idi. Son vaxtlar Qərb mediasında Azərbaycana qarşı insan haqları kontekstində səslənən tənqidlər, pafoslu çıxışlar eyni ssenarilərin 2015-ci ildə də tətbiq ediləcəyini göstərir. Qeyri-rəsmi mənbələr bunun üçün hətta “start” düyməsinə basıldığını da iddia edirlər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu ilin fevral ayında “Nezavismaya qazeta” nəşri də
analoji xəbərdarlığı etmişdi. Nəşr yazırdı ki, qərbli hüquqşünaslar
Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə dair aktual
problemləri öz gündəliklərinə daxil ediblər. “Böyük ehtimalla bəzi
ölkələr və beynəlxalq təşkilatlar idmanı siyasətin girovuna
çevirmək təcrübəsindən imtina etmir”,- deyə Rusiya nəşri qeyd
edirdi.
Asif Nərimanlı
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO