Nida.az
Leyla Yunusdan şok antiazərbaycan addımı – Kampaniya davam edir
Dövlətə xəyanət, dələduzluq, qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamları ilə həbsdə olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus antiazərbaycan fəaliyyətinə davam etdirir.
Publika.az-a daxil olan məlumata görə, L.Yunus “Vicdan Məhbuslarının Müqavimət Strategiyası” adlı yeni müraciətlə onun hüquqlarının müdafiəsi üçün yeni qurumun yaradılmasını istəyib.
Qeyd edək ki, müxalifət düşərgəsi L.Yunus və digər məhbuslarla bağlı iki komitə yaradılıb. Onlardan biri Milli Şura, digəri isə Müsavatın təşəbbüsü ilə yaradılıb. Onu da bildirək ki, Milli Şuranın komitə yaratmasını L.Yunusun qaynı, Amerikada yaşayan Ramiz Yunus ailənin adından təklif etmişdi.
Görünür, L.Yunus bu komitələrlə kifayətlənmək istəmir və əlavə
hərəkatın yaradılması təklifini irəli sürür. Təklifə görə,
mərkəzləşmiş Vicdan Məhbuslarının Müqavimət Hərəkatı (VMMH)
yaradılmalıdır.
Ən diqqətçəkən məqam isə Avropa Şurasının baş katibi və AŞPA
sədrinə müraciətlərin edilməsi, hərəkatın L.Yunusun istəyi ilə
Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyinin
dayandırılması üçün hərəkata başlamasıdır.
L.Yunusun Azərbaycanın nüfuzlu qurumlara sədrlik etməsinə qarşı çıxması bu şəxsin Azərbaycana qarşı hansı mövqedə dayandığını bir daha göstərir.
Asif
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"