Azərbaycanın da qatıldığı NATO təlimi kimə qarşıdır?
Bizi izləyin

Nida.az

Azərbaycanın da qatıldığı NATO təlimi kimə qarşıdır?

NATO tərəfindən keçirilən “Rapid Trident-2014” hərbi təlimləri Ukraynadakı böhranla bağlı deyil.


Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Mari Harf deyib.

M. Harf qeyd edib ki, bu təlimlər hər il keçirilir və Ukrayna hadisələrinə cavab məqsədi daşımır.


Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Avropa komandalığının nümayəndəsi Qriqori Hiks bildirmişdi ki, hərbi təlimlər sentyabrın 16-dan 26-dək keçiriləcək. Güman edilir ki, təlimlər Ukraynanın Lvov əyaləti yaxınlığında baş tutacaq.


Qeyd edək ki, təlimlərə Azərbaycan da daxil olmaqla 15 ölkədən 1,3 min hərbçi qatılacaq. Ekspertlər bunun Rusiyaya qarşı əzələ nümayişi olduğunu düşünür.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm