Nida.az
“Onlayn medianın təhlükəsizliyi dövlət üçün böyük əhəmiyyət kəsb edir ”
Qarşıda duran vəzifələrdən biri də onlayn informasiya
təhlükəsizliyini təmin etməkdir. Qloballaşan dünyada internet
mediasının rolu artır. Publika.Az xəbər verir ki, bunu bu gün
Azərbaycan İnternet Forumu, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat
Şurasının birgə təşkilatçılığı ilə "İnternet-medianın informasiya
təhlükəsizliyi" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin
sektor müdiri Vüqar Əliyev deyib.
V.Əliyev bildirib ki, ölkə üzrə internet istifadəçilərinin sayı
əhalinin 70 faizini keçib.Onun sözlərinə görə, internet informasiya
sektorunun sürətlə inkişaf edən sahəsidir: "Dövlət siyasətinin
prioritetlərindən biri də məhz informasiyanın azad dövriyyəsinin
təmin edilməsi, bu prosesin əsas instrumenti kimi KİV-in sərbəst
fəaliyyətinə zəruri şəraitin yaradılmasıdır".
Sektor müdiri qeyd edib ki, son illər genişzolaqlı sürətli
internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşıb.
O bildirib ki, bu gün Azərbaycanda siyasi, iqtisadi, sosial, mədəni
və digər sahələri əhatə edən 300-ə yaxın aktiv portal, xəbər saytı
və internet informasiya resursu fəaliyyət göstərir: "Qarşıda duran
vəzifələrdən biri bütövlükdə dövlətin informasiya
təhlükəsizliyinin, eləcə də milli internet məkanının, onlayn
medianın təhlükəsizliyinin təmin edilməsidir".
V.Əliyev vurğulayıb ki, milli internet məkanının, onlayn medianın
təhlükəsizliyinin təmin edilməsi bilavasitə dövlətin informasiya
təhlükəsizliyinin tərkib hissəsidir: "Çünki hazırda dünya
siyasətində aparıcı yer tutan dövlətlər deyil, inkişaf etməkdə olan
ölkələr də daxili və xarici siyasətlərinin öncül istiqamətlərini
toplanmış və təhlil edilmiş informasiya əsasında
müəyyənləşdirirlər".
Onun sözlərinə görə, həqiqi məlumatların vaxtında verilməsi daxili
və xarici siyasət məsələləri ilə bağlı operativ qərarların qəbuluna
təsir göstərir: "Belə olduqda milli KİV-lərin, onlayn medianın
təhlükəsiz şəraitdə funksionallığının təmin edilməsi dövlət üçün
böyük əhəmiyyət kəsb edir, onun təhlükəsizliyinin vacib elementi
qismində çıxış edir. İnformasiya təhlükəsizliyi yalnız dövlətin
üzərinə düşən vəzifə deyil. Biz azad cəmiyyətdə yaşayırıq, heç kim
medianın informasiya yaymaq hüququnu məhdudlaşdıra bilməz. Lakin
bu, heç də medianın məsuliyyətdən kənarda qalması kimi
anlaşılmamalıdır. Dövlət media üçün təhlükəsiz şərait yaratdığı
kimi, media da dövlətin təhlükəsizliyi, ümummilli məsələləri daim
diqqətdə saxlamalıdır. Bəzən hansısa yoxlanılmamış, qərəzli, yaxud
sifariş xarakterli informasiyalar ölkədə gedən proseslərin, konkret
hadisələrin mahiyyətini təhrif edir, ictimaiyyəti çaşdırmağa xidmət
göstərir. Bəzi hallarda isə bu, dövlətlərarası münasibətlərə mənfi
təsir edir, əlaqələrə zərbə vurur. Bu məsələ Azərbaycan kimi
müharibə şəraitində yaşayan, ərazisi işğal olunan ölkələr üçün daha
çox aktualdır. Deməli, həm dövlətin informasiya təhlükəsizliyi, həm
də onlayn medianın təhlükəsiz mühitdə fəaliyyəti dövlət və
medianın, bütövlükdə isə bütün cəmiyyətin birgə səyi nəticəsində
əmələ gələn məsələdir".
Gülxar
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu
-
Sosial00:45
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: ciddi məsələlərə toxunmaq olar
-
Magazin200:15
“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO