“Tənqid olunmamaq üçün Karl Bildtlə “xüsusi əlaqələr” qurmaq lazımdır”
Bizi izləyin

Nida.az

“Tənqid olunmamaq üçün Karl Bildtlə “xüsusi əlaqələr” qurmaq lazımdır”

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov şəxsi “Twitter” səhifəsində bir müddət öncə Vaşinqtonda Azərbaycanı tənqid edən Karl Bildtin haqqında maraqlı “twit” atıb.

Publika.az xəbər verir ki, PA rəsmisi İsveçin “Aftonbladet” qəzetinin nazir haqqında yayımladığı məqaləni paylaşaraq bildirib: “K. Bildtin keçmişdə “xüsusi əlaqələri” və iddiaları barədə məlumatlıydıq. Ona görə də deyirdik ki, görün kimlər haqqımızda fikir formalaşdırır. “Aftonbladet” qəzetinin məlumatlarından aydın olur ki, tənqid olunmamaq üçün K. Bildtlə “xüsusi əlaqələr” qurmaq lazımdır. Yəni onunla sıx əlaqədə olan PR firmaları ilə “xüsusi əməkdaşlıq” etmək lazım imiş”.

Qeyd edək ki, iyul ayında Vaşinqtonda Azərbaycan hökumətinə qarşı ciddi bəyanatla çıxış edən İsveçin xarici işlər naziri Karl Bildt ölkəsində qalmaqalla üzləşib. Belə ki, “Aftonbladet” qəzeti xarici işlər nazirini korrupsiyada və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə lobbiçilik etməkdə ittiham edib.

Jurnalistlər iddia edirlər ki, şahid ittihamları sübut edəcək sənədlərə malikdirlər. Bildirilir ki, K. Bildtə bağlı PR (ictimaiyyətlə əlaqələr) şirkətləri Avropada Mixail Saakaşvilinin imicinin yüksəldilməsi üçün Gürcüstanın əvvəlki hakimiyyətindən 3 milyon dollardan çox pul alıb. İsveç Xarici İşlər Nazirliyinin mətbuat katibinin sözlərinə görə, Bildt Saakaşvilinin piarı ilə məşğul olmayıb, lakin o, eks-prezidentlə daim dostluq əlaqələri saxlayıb.


Xatırladaq ki, K. Bildt bir neçə ay öncə Vaşinqtonda Azərbaycanı avtoritar ölkə adlandırmışdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm