• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Baskların Qarabağ “sevgisi”, operaçı Kabalye və ya biz nədə səhv etdik?- Təhlil

  • Nida.az
  • 16 Sentyabr 2014 16:45
  • 1 331 Baxış
Baskların Qarabağ “sevgisi”, operaçı Kabalye və ya biz nədə səhv etdik?- Təhlil

Basklar ölkəsi vilayətinin (İspaniyanın şimalında muxtar vilayət) yerli hakimiyyəti Dağlıq Qarabağla bağlı Ermənistanın xeyrinə qətnamə qəbul edib.

Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyev bildirib ki, bununla bağlı Basklar ölkəsinin rəhbərinə izahat tələbi ilə məktub göndəriləcək.

Bu xəbər ötən il Dağlıq Qarabağa səfər edən bask əsilli ispan opera müğənnisi Monserrat Kabalyeni yada salır. Hansı ki, vaxtilə bu opera müğənnisini Azərbaycana dəvət etmişdik və lazımi hörmətlə qarşıladıq. Ardınca Kabalye Qarabağa getdi və Sərkisyanın verdiyi ordeni sinəsinə taxdı.

Baskların Qarabağa yanaşması onların tarixi fonunda təəccüblü deyil. Belə ki, Basklar İspaniyanın şimalında yerləşən bölgədəki etnik xalqdır. Onların İspaniya ilə daim münaqişəli vəziyyəti tarixdə mütəmadi olaraq baş verib. 1979-cu ildə isə basklar muxtariyyət əldə etdilər və bir çox məsələdə müstəqillik hüququ qazandılar. Baskların İspaniyadan hazırki tələbi isə siyasi müstəqillikdir. İspaniya bununla heç vaxt razılaşmayacağını və ən yaxşı halda baskların Ali Muxtariyyət hüququ olacağını deyir. Basklarınsa tələbləri böyükdür. Belə ki, onlar Navarranın basklarla sərhəd olan ərazilərinin onlara verilməsini və müstəqil respublikanın qurulmasını istəyirlər.

Lakin basklar öz mübarizələrini müxtəlif metodlarla aparmağı da yaddan çıxarmılar. Onların əsas təşkilatı ETA hesab olunur ki, 1968-ci ildə silahlı mübarizəyə başlayan təşkilat 829 nəfərin ölümünə, minlərlə insanın yaralanmasına və onlarla insanın qaçırılmasına görə məsuliyyət daşıyır. ETA İspaniya və Fransa tərəfindən rəsmi olaraq terror təşkilatı kimi tanınıb. Həmçinin, Avropa İttifaqı və ABŞ da təşkilatı terrorçu adlandırıb.


Monserrat Kabalye də milliyətcə baskdır. Bu baxımdan, separatçılığa meylli azlığın nümayəndəsi Kabalyenin separatçı rejimin rəhbəri ilə Azərbaycan torpağı Dağlıq Qarabağda görüşməsi müəyyən mənada təbiidir.

Buna paralel olaraq Basklar vilayətinin qondarma “DQR”-i tanıması, öz müqəddəratını təyin etmə hüququna üstünlük verməsi təbii qarşılanmalıdır. Ortada iki separatçılığa meylli ünsürlər var.


Düzdür, səfirliyimiz bunun hələ dəqiq olmadığını deyir və məsələ araşdırılacaq.

Amma Kabalyenin Azərbaycana gəlib, sonra azərbaycanlılara arxa çevirməsi fonunda baskların bu addımı müəyyən mənada aydınlaşır.

Biz nəyi səhv edirik?


Qarabağı tanıyan baskaların nümayəndəsi Kabalyeni, hansı ki, özü də qanunsuz olaraq Qarabağa səfər etmişdi, Azərbaycana gətirməyimiz “yumşaq güc” siyasəti baxımından doğru addım idi. Belə ki, dünya siyasi sistemində 3 əsas dildən istifadə edilir.

Birincisi müharibə, yəni hərbi gücün dili ilə danışmaq, ikincisi diplomatik, üçüncüsü isə xüsusilə son 20 ildə geniş istifadə olunan “yumşaq güc” siyasətinin dili.

Hərbi gücün zorakı vasitə hesab olunmasından və dünyanın bundan bacardığı qədər uzaq gəzməsindən sonrakı dövrlərdə diplomatik dillə yanaşı, “yumşaq güc”dən də istifadə xeyli genişlənib.

“Yumşaq güc” ifadəsi ilk dəfə 1990-cı ildə amerikalı politoloq Cozef Nay (Joseph Nye) tərəfindən istifadə olunub. Əsas mənası ölkələrin öz maraqlarını güc tətbiq etmədən və gərginlik yaratmadan həyata keçirmələridir. Yəni “yumşaq güc istifadə edərək qarşı tərəfi razı salmaq” burda əsas prinsiplərdir.


“Yumşaq gücün” əsas elementlərinə mədəni yüksəklik də daxildir. Misal üçün, Kabalye kimi dünya şöhrətli opera müğənnilərini Azərbaycana dəvət edirsən, burda konsertini təşkil edirsən. Onun klassik italyan dilində nə dediklərini hamı başa düşməsə də, Kabalye Azərbaycanı görür, həmçinin, Kabalye sevənlər də ölkəmizlə tanış olurlar. Beləliklə, Azərbaycanın dünyadakı imicinə müsbət təsirlər artır.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR