Nida.az
Müsavatda avtoritarizm, dəstəbazlıq, yaltaqlıq var? - Şok iddia
Müsavat başqanlığına namizəd Səxavət Əlisoy müsavatçılığa tərs olan məsələləri açıqlayıb.
Publika.az xəbər verir ki, başqanlığa namizəd
bildirib ki, müsavatçılığa qeyri-şəffaflıq, avtoritarizm, populizm,
regionçuluq, dəstəbazlıq, yaltaqlıq, saxtakarlıq, psevdopatriotizm,
siyasi səbatsızlıq, bisavadlıq ziddir.
“Qurultay yenilənmiş Müsavatı ərsəyə gətirəcəyi halda az və ya çox
dərəcədə yoluxduğu bu infeksiyalardan xilas ola bilər”, - deyə o
bildirib.
Qeyd edək ki, S. Əlisoy bundan əvvəl yenilənmişı Müsavata ehtiyac olduğunu açıqlamışdı. O, başqan İsa Qəmbərə sərt sözlər deyərək bildirmişdi ki, Müsavat Partiyası yenilənməyə məhkumdur: “11 il əvvəl Müsavat iqtidar olmağa çox yaxın idi və bütün müsavatçılar hakimiyyət barəsində düşünürdü. Bu gün Müsavat qurultayını keçirmək üçün iqtidardan yer ala bilmir. 11 il əvvəl partiyanın hər rayon təşkilatında 300-500 və daha çox müsavatçı cəm olmuşdu, özək və şura iclaslarında qızğın müzakirələr gedirdi. Bu gün bəzi rayon təşkilatlarında könüllü olaraq sədrliyə yaxın duran tapılmır. 11 il əvvəl Müsavatda dəstə, qrup mənafeyi önə çəkilmirdi, partiya bütöv görünürdü, bugünkü duruma qiymət vermək üçün sosial şəbəkələrdə müsavatçıların yazdıqlarına baxmaq kifayət edər... Nədən bu günə düşdük, haradan hara gəldik, populizmdən uzaq durub məhz bunu müzakirə etmək gərəkdir, dostlar.
Mən də etiraf edirəm, Müsavatın liderdən yana problemi olmayıb, İsa Qəmbəri bu partiyada hər kəs lider kimi qəbul edib və edir. Eyni zamanda, bugünkü duruma görə İsa bəy də daxil cümlə müsavatçılar, ən başda isə komanda məsuliyyət daşıyır”.
Asif
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"