“Kamil Vəli hakimiyyət sıralarından əlil kimi qovulub”
Bizi izləyin

Nida.az

“Kamil Vəli hakimiyyət sıralarından əlil kimi qovulub”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlunun müxalifət partiyalarını “ələbaxan müxalifət” adlandırması barədə “Azadlıq” qəzetində yazdığı məqaləyə cavab verib.

E.Mirzəbəyli Publika.az-a açıqlamasında deyib ki, Kamil Vəli Nərimanoğlu öz təfəkkürünə görə "Azadlıq" qəzetinə yazdığı "Əl-müxalifət və əl müxalifəti" adlı köşəsayaq çızmaqarada böyük tapıntı edib:

“Bir zamanlar “zurnaçı”, “züytutan” və s. epitetlərlə bəzədiyi Əli Kərimlini “əl müxalifət”, digərlərini isə “əl müxalifəti” adlandırıb. Öncə dildən, əxlaqdan və imandan bixəbər Kamil Vəli Nərimanoğlunun diqqətinə çatdırım ki, “əl” kəlməsinin Azərbaycan və Türkiyə türkcəsində heç bir qarşılıqlı anlamı yoxdur. Bəzi hallarda gücləndirici funksiyasını yerində yetirir. Bu sözün ingilis və fransız dillərində təxmini qarşılığı var. Məsələn, ingiliscədə “The”, fransızcada “La” anlamına gəlir və Kamil Vəlinin özü kimi ayrılıqda heç bir məna kəsb etmir. İndiki halda Kamil Vəli “əl müxalifət” deyimini “tək müxalifət” kimi təqdim etməyə çalışıb, amma alınmayıb. Çünki indiki halda “əl müxalifət” deyimi sadəcə “bu müxalifət” anlamına gəlir... Yəni, hansı müxalifət? “Bu müxalifət...” Hansı? Bu...

Kamil Vəli Azərbaycan türkcəsində olan başqa bir sözü isə unudub. Məsələn, mən “əl” sözönünün əvəzinə “əlil” sözünü işlətsəm, bu, Kamil Vəli anlamına gələcək. Yəni, “əlil müxalifət”, yəni Kamil Vəli Nərimanoğlu. Söhbət mənəvi əlillikdən gedir. Çünki 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyətdən gedəndən sonra Kamil Vəli baş nazirin müavini kimi vəzifəsində qaldı. Onu baş nazirin müavini təyin edən şəxsin göstərişinə əməl etmədi, təmsil etdiyi komandaya xəyanət etdi. Mərhum prezident Heydər Əliyev də öz mənəvi prinsiplərindən çıxış edərək liderinə xəyanət edən Kamli Vəlini məhşur el məsəlində olduğu kimi qovdu. Kamil Vəli indiki hakimiyyətin sıralarından da mənəvi cəhətdən əlil kimi qovuldu və o gündən bəri əlil müxalifət funksiyasını yerinə yetirir. Əgər Kamil Vəlinin epitetlərindən danışsaq, o zaman heç bir şey, hətta ərəbcədən qapdığı sözönü “əl”lər də köməyə gəlməyəcək. Ona görə ki, Əllərdə qalıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm