Nida.az
Əhməd Davudoğlu: Gələn ilin martında TANAP-ın Anadolu hissəsinin təməli qoyulacaq
Bu layihələr sadəcə Türkiyə ilə Azərbaycana deyil, bütün ətraf
bölgələrə sülh gətirən layihələrdir. Bakı-Tbilisi-Ceyhan – Qafqazı
Aralıq dənizinə bağladıq. Bakı-Tbilisi-Ərzurum – Qafqazı Anadoluya
bağladıq. Bakı-Tbilisi-Qars – bu dəfə dəmir yolu ilə bağladıq.
Marmaray da açılınca bütün bu xətlər ilə Pekini Londona
bağlayacağıq. İndi TANAP layihəsi və həqiqətən sabah bu mərasimə
qatılmaqdan böyük fəxr duyduğum “Cənub” qaz dəhlizi ilə Qafqazı
Anadolu üzərindən Balkana bağlayacağıq.
AzərTAc xəbər
verir ki, bu fikirləri sentyabrın 19-da Türkiyənin Baş naziri Əhməd
Davudoğlu Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə
bəyanatında söyləyib.
Baş nazir bildirib ki, Balkan və Qafqaz 1990-cı illərdə daim
gərginliklərlə, mənfi xəbərlərlə yadda qalmışdı. İndi Azərbaycan
ilə Türkiyənin bu uğur hekayələri bu iki bölgəni sülh bölgələri
olaraq bir-birinə bağlayacaq. Anadolu coğrafiyası Xəzər ilə
Adriatik arasında bir keçid coğrafiyası olacaq.
Əhməd Davudoğlu qeyd edib ki, əgər Azərbaycanda bu qüdrət olmasa
idi, Azərbaycanda Azərbaycan xalqının gələcəyini düşünən lider
olmasa idi, öndərimiz Heydər Əliyevin də söylədiyi kimi, “Bir
millət, iki dövlət” kəlamı ilə Azərbaycanın bu qüdrəti böyüməsə,
Türkiyə qüdrətli olmasa idi, “Bir millət, iki dövlət” kəlamı kağız
üzərində, hər zaman söhbətlərimizdə qalardı. Amma indi, sözün
həqiqi mənasında, qüdrətli bir Azərbaycan qüdrətli bir Türkiyə ilə
birləşdikdə, bütünləşdikdə, əl-ələ, çiyin-çiyinə verdikdə qazanan
sadəcə Türkiyə və Azərbaycan olmur, bütün Qafqaz, bütün Balkan,
hətta Avropa və Asiya qazanır. O baxımdan bu layihə həqiqətən əsrin
layihəsidir.
“İnşallah, cənab Prezidentlə gələn il martın 17-18-də Çanaqqala
savaşının ildönümündə, - bu günlər, eyni zamanda, Qafqaz
şəhidlərimizin də ildönümüdür, - hamısını rəhmətlə anırıq, - orada
da TANAP-ın Anadolu hissəsinin təməlqoyma mərasimində birlikdə
olacağıq” – deyə Türkiyənin Baş naziri vurğulayıb.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək