Səfir: “İran, Rusiya və Qafqaz arasında təhlükəsizlik birliyi vacibdir”
Bizi izləyin

Nida.az

Səfir: “İran, Rusiya və Qafqaz arasında təhlükəsizlik birliyi vacibdir”

“İran üçün Mərkəzi Asiya və Cənubi Qafqaz çoxəsrlik mədəni bağlılıq olan regionlardır. SSRİ dağılandan sonra Cənubi Qafqaz ölkələrinin müstəqilliyini tanıyan ölkələr arasında biz də var idik. Həmçinin İran həmişə düşünüb ki, regional təhlükəsizliyin təmin olunmasına qarışsın. Hesab edirik ki, bu məsələdə region ölkələrinin özlərinin hərəkət etməsi daha məqbuldur”.


Publika.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Mehdi Sənani bu ölkənin mediasına müsahibəsində deyib.


Səfir qeyd edib ki, söhbət Xəzər hövzəsi, Mərkəzi Asiya və Qafqaz haqqında gedirsə, İran bu regionlarda həmişə sabitliyi dəstəkləyib: “Dağlıq Qarabağda və Tacikistanda sülhün qorunmasında İranın təcrübəsi var. Biz heç vaxt bu regionun ölkələrinin daxili işlərinə qarışmırdıq. Biz hesab edirik ki, 1990-cı illərdə Rusiya və İran arasında əməkdaşlıq üçün böyük imkanlar var idi. Bu pozitiv təcrübə Suriya münaqişəsinin sülhlə nizamlanmasında özünü göstərdi. Baxmayaraq ki, bu gün biz regionda münaqişə potensialı hiss etmirik, lakin hesab edirik ki, regionumuz başqa ölkələrin, başqa güclərin hədəfinə çevrilə bilər. Buna görə də düşünürük ki, İran, Rusiya və Qafqaz, yaxud İran, Rusiya və Mərkəzi Asiya arasında regional sabitliyin təminatı üçün üçtərəfli əməkdaşlıq vacibdir”.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm