Rus politoloq: “Əliyevə qarşı Maydan hazırlanmışdı”
Bizi izləyin

Nida.az

Rus politoloq: “Əliyevə qarşı Maydan hazırlanmışdı”

“Azərbaycan üçün ən uğurlu yol, ilk növbədə, uzaq Qərbdən daha çox öz qonşuları ilə dostluq münasibətlərini qoruyub saxlamaqdır”.

Bu sözləri Axar.az-a açıqlamasında Kremlə yaxınlığı ilə seçilən rusiyalı politoloq Leonid Savin deyib. O, Əliyevin hazırda regionun aktiv oyunçuları ilə balanslı siyasət apardığını bildirib:

“Azərbaycana münasibətdə ikili yanaşma mövcuddur. Bir şeyi başa düşmək gərəkdir ki, Azərbaycan üçün ən uğurlu yol ilk növbədə uzaq Qərbdən daha çox, öz qonşuları ilə dostluq münasibətlərini saxlamaqdır. İnvestorlar ölkədən tez bir müddətdə qaça bilərlər, amma sərhədlər və ərazilərdən qaçmaq mümkün deyil. Əliyev hazırda regionun aktiv oyunçuları ilə balanslı siyasət aparır. Gələcəkdə bunun necə olacağı isə prezidentin şəxsi iradəsindən asılıdır. Qeyd edim ki, Əliyevin hazırkı gərgin geopolitik şəraitdən ölkəsini çıxarmaqla tarixə düşmək şansı var. O yaxşı bilir ki, ona qarşı Maydan təşkil edilə bilər. Ən azından sonuncu prezident seçkilərində Qərb tərəfindən bu ssenari hazırlanmışdı, amma o bu oyunlardan qalib çıxdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm