İsa Qəmbər son sözünü deyir: “Partiyanın fəaliyyətinə yenidən baxılacaq”
Bizi izləyin

Nida.az

İsa Qəmbər son sözünü deyir: “Partiyanın fəaliyyətinə yenidən baxılacaq”

Müsavat başqanı İsa Qəmbər başqanlıqla vidalaşmamışdan öncə sonuncu mətbuat konfransı keçirir.


Publika.az xəbər verir ki, İ. Qəmbər sabah baş tutacaq qurultayı Müsavat üçün önəmli hadisə adlandırıb. Onun sözlərinə görə, VIII qurultayda ötən qurultaydan bu vaxta qədər partiyanın fəaliyyəti müzakirə ediləcək: “Qiymət veriləcək. Nizamnamə və proqramlara müəyyən dəyişikliklər nəzərdə tutulub. Həmçinin, partiyanın yaxın gələcəkdə fəaliyyət istiqamətlərinə yenidən baxılacaq, bəzi qərarlar veriləcək.


Qeyd edək ki, bu, İsa Qəmbərin başqan kimi sonuncu mətbuat konfransıdır. Partiya nizamnaməsinə görə, sentyabrın 27-də keçiriləcək VIII qurultayda İsa Qəmbər başqanlıqla vidalaşacaq. Onun yerinə 4 namizəd var. Belə ki, Arif Hacılı, Qubad İbadoğlu, Səxavət Əlisoy, Tural Abbaslı başqan olmaq istəyir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm