Prezidentlərin Paris görüşü müzakirə edildi
Bizi izləyin

Nida.az

Prezidentlərin Paris görüşü müzakirə edildi

Nyu-Yorkda prezidentlərin gələcək görüşü müzakirə edilib.


Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriye (Fransa) Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Eduard Nalbandyanın iştirakı ilə Parisdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanın görüşünü müzakirə edib.


Qeyd edək ki, prezidentlərin görüşü oktyabr ayının sonunda nəzərdə tutulub. Danışıqlar Dağlıq Qarabağ müzakirəsinin nizama salınmasında əsas elementlərin müzakirəsinin davam etdirilməsinə həsr ediləcək. Minsk qrupu ümid edir ki, müzakirələr məhsuldar olacaq və münaqişənin nizama salınması istiqamətində irəliləyişə nail olunacaq.

P. Andrye Nyu-Yorkda görüş iştirakçılarını dövlət başçılarının görüşündə gündəliyə salınmış məsələlərlə tanış edib.

Daha sonra həmsədrlər ATƏT sədrinə Soçi və Uels görüşünün nəticələri və Paris görüşünün hazırlığı haqqında məlumat veriblər.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm