Nida.az
YAP-ın yeni ərazi ilk partiya təşkilatları təsis edildi
Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Q.Qarayev prospekti 43a, B.Nuriyev 15 və 813-cü keçid 2380/87 ünvanlarında yeni ərazi ilk partiya təşkilatları təsis edilib.
Publika.az-ın məlumatına görə, bununla əlaqədar keçirilən təsis iclaslarında çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov müasir Azərbaycanın müstəqillik tarixinin uğurlarının Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu deyib.
O, bu ideyaların ətrafında sıx birləşən partiyanın hər bir üzvünün böyük fədakarlıqlar göstərdiyini vurğulayıb.
Bildirilib ki, YAP-ın möhtəşəmliyinin əsasında dayanan ilk növbədə ulu öndər Heydər Əliyev ideyalarıdır.
Partiyanın gücü və əzəməti onun sədri İlham Əliyevin Azərbaycanın Prezidenti kimi ölkəmizdə həyata keçirdiyi siyasətin uğurları və qələbələridir. Partiyanın gücü, eyni zamanda, Azərbaycan xalqının YAP-a inamı, etibarı və etimad göstərməsidir. Yeni Azərbaycan Partiyası bu gün 600 mindən artıq üzvü öz sıralarında birləşdirməklə ümumxalq partiyası olduğunu nümayiş etdirir.
Sonra təşkilati məsələlərə baxılıb, yeni ərazi ilk partiya təşkilatlarının sədrləri və sədr müavinləri seçilib.
Yeni təsis edilən ərazi ilk partiya təşkilatlarının sədrləri Nuranə Şərifova, Mahirə İsmayılova və Ədilə Səlimova deyiblər ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ölkəmizin daim qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına çalışıb. Bu, partiyanın siyasətində dövlətə, xalqa xidmətin öndə dayandığının təsdiqidir.
Tədbirin sonunda partiyaya qəbul olunmaq arzusunda olan bir qrup gənc rayon təşkilatına müraciət edib.
Vasif Həsənli
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi