Müsavatın yeni başqanı sərəncam verdi
Bizi izləyin

Nida.az

Müsavatın yeni başqanı sərəncam verdi

Müsavat Partiyasının yeni başqanı Arif Hacılı sərəncamlar imzalayıb.

Publika.az xəbər verir ki, yeni başqan partiya nizamnaməsinin 4.11-ci maddəsini rəhbər tutaraq Müsavatın Mərkəzi İcra Aparatının partiyanın yeni icra strukturları yaradılanadək öz funksiyalarını həyata keçirməsinə dair qərar verib.

Yeni başqanın digər sərəncamına əsasən, Müsavat Partiyasının Məclisi oktyabr 11-i saat 11.00-da toplanacaq.

Eyni zamanda, partiya Məclisinin oktyabrın 11-də keçiriləcək sessiyasında MNTK və sərbəst Məclis üzvlüyünə boş qalmış yerlərə seçkilər keçirilməsi qərara alınıb.

Namizədlərin irəli sürülməsi müddəti oktyabrın 1-i saat 12.00-dan oktyabrın 10-u saat 17.00-dək müəyyən ediləcək. Ərizələr yazılı şəkildə Müsavat Partiyası Mərkəzi İcra Aparatının Təşkilat şöbəsinə təqdim olunmalıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm