“Kişi pencəyini götürüb gedir yeni macəra axtarışına”- Milli Məclisdə yeni təklif
Bizi izləyin

Nida.az

“Kişi pencəyini götürüb gedir yeni macəra axtarışına”- Milli Məclisdə yeni təklif

Milli Məclisin bu gün keçirilən iclasında vətəndaş nikahında uşaq dünyaya gətirənlərin məsuliyyəti məsələsi gündəmə gətirilib.


Publika.az xəbər verir ki, belə məsuliyyətin müəyyən olunması təklifi ilə deputat Fəzail Ağamalı çıxış edib.

Onun sözlərinə görə, bu, vətəndaş nikahını rəsmiləşdirmək cəhdi kimi qiymətləndirilə bilməz: “Əgər bu adamlar vətəndaş nikahında yaşayırlarsa, onda buna hər hansı rəsmi don geydirmək olmaz. Lakin orası da var ki, belə nikahdan doğulan uşaqlar böyük problemlərlə üzləşirlər. Özü də getdikcə Azərbaycanda vətəndaş nikahından doğulanların sayı artır. Son 10 ildə belə uşaqların sayı 4 dəfə artıb. Rəsmi statistikaya görə, ötən il Azərbaycanda doğulan belə uşaqların sayı 25 mindən yuxarıdır”.

F. Ağamalı təəssüflə bildirib ki, bu uşaqların hüquqları qanunla tənzimlənmir: “Qanunda sadəcə göstərilir ki, rəsmi və vətəndaş nikahından doğulan uşaqların hüquqları eynidir. Lakin bunun mexanizmi yoxdur. Kişi qadından ayrılır, pencəyini götürüb gedir yeni macəra axtarışına. Qadın da qalır uşaqla tək. Buna görə qanuna dəyişiklik edilməli, vətəndaş nikahından doğulan uşaqların üzərində valideyn məsuliyyəti tənzimlənməlidir. Olmasa, həmin 25 min uşağı potensial cinayətkar kimi qəbul etmək olar”.

Millət vəkili deyib ki, valideyn himayəsindən məhrum olan uşaqlar dövlət tərəfindən himayə olunur, lakin bu qayğı hər kəsi əhatə edə bilməz: “Ana vətəndaş nikahından uşaq dünyaya gətirirsə, atanın məsuliyyəti olmalıdır, uşaq 18 yaşına çatana qədər kömək etməlidir”.


F. Ağamalı bu məsələ ilə bağlı Ailə Məcəlləsinə dəyişiklik edilməsini istəyir: “Bu, ikili nikahın təbliği deyil. Mən tək nikahlıyam, ikili nikahın tərəfdarı ola bilmərəm”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm