Bayraqdar Xədicə İsmayılı məhkəməyə verdi: “Guya mən bir qızı zorlamışam”
Bizi izləyin

Nida.az

Bayraqdar Xədicə İsmayılı məhkəməyə verdi: “Guya mən bir qızı zorlamışam”

Bayraqdar Elman Türkoğlu “Azadlıq radiosu”nun əməkdaşı Xədicə İsmayılı məhkəmə verib.


Publika.az-a açıqlamasında bayraqdar deyib ki, buna səbəb X. Ismayılın onun haqqında yalan və böhtan xəbərlər yaymasıdır: “Bir müddət əvvəl məlumat yaymışdı ki, guya mən Milli Təhlükəsizlik Nazirliyinə işləyirəm. Guya MTN məni sındırıb, maaş qarşılığında müxalifəti hökumətə satıram. Mən bilirdim ki, bu Elçibəyi zəhərləyən Əli Kərimlinin sifarişidir. Çünki hər kəs bilir ki, Xədicə İsmayıl Əli Kərimliyə işləyir. Bu şayiədən sonra da xəbər yaydı ki, guya mən bir qızı zorlamışam. Ona xəbərdarlıq etdim, amma başa düşmədi. Mən də başa düşdükləri dildən danışacam”.


Bayraqdar qeyd edib ki, bir neçə gün öncə KXCP-dən istefa verməyinin səbəbi də məhz X. İsmayıla, Ə. Kərimliyə qarşı rahat şəkildə mübarizə aparmaqdır.

“Çünki partiyada olanda bir şey olan kimi ağam Mirmahmud Mirəlioğluna zəng edib şikayət edirdilər. O da məni qoymurdu ki, bunların zibillərini açım. Amma indi heç bir partiya mənsubluğum yoxdur, məni heç kimə şikayət edə bilməzlər”, - deyə o bildirib.

E. Türkoğlu məhkəmədə sona qədər gedəcəyini deyib. Bildirib ki, vaxtında üzr istəsəydi, X. İsmayıla qarşı bunu etməzdi: “Amma o, bunu etmədi və mən mübarizəmi sona qədər aparacam. Qoy qanunun dili ilə cavab versinlər”.

Qeyd edək ki, hüquq-müdafiə orqanlarından Trend-ə daxil olan məlumata görə, “Baş bayraqdar” ləqəbli Elman Həsənov jurnalist Xədicə İsmayılovanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə müraciət edib.
Məlumata görə, “Azadlıq” radiosunun əməkdaşı, jurnalist İsmayılova Xədicə Rövşən qızının yalan olduğunu bilə-bilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) keçmiş üzvü, “Elman Türkoğlu” və “Baş bayraqdar” ləqəbləri ilə tanınan Həsənov Elman Həsən oğlunun guya Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabiti ilə gizlin əməkdaşlığa cəlb olunması, narkotik maddələrdən istifadə etməsi və 4 nəfər qeyri-ənənəvi seksual orientasiyaya malik şəxslə cinsi əlaqədə olması barədə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları, habelə onu Şəki rayon sakini Niftalıyeva Leyla Adil qızını zorlamasına dair ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayması ilə əlaqədar E. Həsənov onun Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi ittiham qaydasında Binəqədi rayon məhkəməsinə müraciət edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm