Nida.az
"Xaricdən gələn informasiyalara duruş gətirən sistem formalaşdıra bilməmişik"
"Biz xaricdən gələn informasiyalara duruş gətirə bilən sistem
formalaşdıra bilməmişik". Bunu Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "İrəli" İctimai
Birliyinin təşkil etdiyi "Gənc Liderlər üçün Qış Universiteti"ndə
gənclərlə görüşü zamanı bildirib.
Millət vəkilinin fikrincə, informasiya azadlığı müsbət tərəfləri
ilə yanaşı, bir sıra təhdid və təhlükələrə də gətirib çıxarır.
Azərbaycandan Suriyaya gedənlərlə bağlı bəzi fikirlərlə razı
olmadığını deyən Ə.Hüseynli hesab edir ki, məsələyə yalnız bir
nöqtədən yanaşmaq onun həllinə kömək etməyəcək: "Məsələnin kökündə
onların buna pul və din naminə getmələri durmur. Biz məsələni
müəyyən çərçivəyə salmamalıyıq. Necə olur ki, xaricdən gələn
informasiya gənclərə təsir edərək cəmiyyəti təhdid edə bilir, amma
bizim yaydığımız informasiyalar edə bilmir? Deməli, biz bunu bacara
bilmirik və deməli, onların informasiyası daha təsirlidir".
Komitə sədri qeyd edib ki, bunun üçün Azərbaycanda mövcud
informasiya sistemində düzəlişlər edilməlidir: "Biz o xaricdən
gələn informasiyalara duruş gətirə bilən sistem formalaşdıra
bilməmişik. Televiziyalar və ya digər KİV-lər müəyyən mövzulardan
kənara çıxa bilmirlər. Bu səbəbdəndir ki, gənclərin çoxu yerli
televiziyalara baxmırlar".
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova