Nida.az
“Müsavatın olmayan pulunu saymaq...” – Qubad İbadoğluya rişxənd
Müsavat Partiyası Məclis üzvü Ayla Yaqublu başqanlığa keçmiş namizəd, yeni başqan Arif Hacılını qatı şəkildə qəbul etməyən Qubad İbadoğlunun təkliflərini tənqid edib.
Publika.az xəbər verir ki, A. Yaqublu bildirib ki,
meydanlara yeni insan kütlələri, partiyaya isə yeni maliyyə
qaynaqları cəlb etmək barədə təkliflərə ehtiyac varkən, hətta
sıravi müsavatçıların da, yəni alim olmayan, yaza biləcəyi bu
mətnlə “yenilikçi lider” deyə ortaya çıxmağa dəyməzdi.
“Qubad İbadoğlu hesab edir ki, Müsavat Partiyası 5 il əvvəl
partiyadaxili disskusiyalara başlayıb: öz üzvlərinin neçəsinin
kişi, neçəsinin qadın olduğunu bilsəydi; neçə cavan, neçə yaşlı
üzvü olduğunu saysaydı; - üzvlərinin fəhlə-kəndli və ziyalı-burjua
siniflərinə mənsubiyyət nisbətini dəqiqləşdirsəydi; strateji plan
hazırlasaydı; “Müsavat irsi” ideoloji məktəbini yaratsaydı;
Məclisdə komissiyalar yaradıb bu qurum üçün 1 illik iş planı
tutsaydı; icra aparatı ildə bir dəfə Məclisə hesabat versəydi;
partiyanın pulu haqqında rüblük, illik hesabatlar hazırlansaydı;
partiya xarici TV-lərin birində özünə efir vaxtı alsaydı.
Bu təkliflərə ən obyektiv nəzərlərlə baxıb pozitiv olmaq cəhdlərimə rəğmən, təəssüflə qeyd etməliyəm ki, onların hər hansı birində ciddi dəyişikliklərə səbəb olacaq elementlər tapa bilmədim. Hakimiyyətə qarşı mübarizəni (bunu da təəssüflə qeyd edim ki, orda belə bir ifadəyə rast gəlmədim) keyfiyyət baxımından yüksəltmək haqda real təkliflər əvəzinə strateji plan, təkmilləşdirmə, rüblük-illik hesabatlar kimi ən ümumi ifadələrdən və Müsavatın olmayan pulunu saymaq ideyasından ibarət təkliflərdə “müxalifəti və hakimiyyəti dəyişəcək” bir şey yoxdur. Meydanlara yeni insan kütlələri, partiyaya isə yeni maliyyə qaynaqları cəlb etmək barədə təkliflərə ehtiyac varkən hətta sıravi müsavatçıların da, yəni alim olmayan, yaza biləcəyi bu mətnlə “yenilikçi lider” deyə ortaya çıxmağa dəyməzdi. İqtidarın qarşısına bir partiyanın qərargahındakı bir “Müsavat irsi” məktəbi ilə çıxmaq, nə siyasətdən, nə də iqtisadiyyatdandı, vallah”, - deyə müsavatçı xanım bildirib.
Asif
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR