BŞBPİ Milli Şuranın mitinqi ilə bağlı məlumat yayıb
Bizi izləyin

Nida.az

BŞBPİ Milli Şuranın mitinqi ilə bağlı məlumat yayıb

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın mitinqi ilə bağlı məlumat yayıb.

BŞBPİ-dən Publika.az-a verilən məlumatda bildirilir ki, oktyabrın 12-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən mitinqdə həmin quruma daxil olan AXCP, İslam, Milli Demokrat, həmçinin Müsavat, Xalq partiyalarının, "El" hərəkatının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 900 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm