• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Parisdə “Qarabağ sülhü”nün təməli qoyulacaq”

  • Nida.az
  • 15 Oktyabr 2014 13:25
  • 526 Baxış
“Parisdə “Qarabağ sülhü”nün təməli qoyulacaq”

“Ermənilər Rusiyanın vəziyyətini çox yaxşı bilirlər”.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə İlham Əliyev və Serj Sərkisyanın Paris görüşün şərh edərkən söyləyib.

O, Rusiyanın çöküşündən sonra Qarabağın həll olunacağını bildirib:

“Fransadakı görüşün əhəmiyyətini anlamaq üçün dünyadakı mövcud vəziyyəti anlamaq lazımdır. Bu dəqiqə Qərblə Rusiya arasında kəskin qarşıdurma gedir. Bunun nəticəsində isə Moskva çökməyə doğru addımlayır. Baxın, neftin qiyməti bu gün dörd dollar aşağı düşdü. Rusiyanın “Qazprom”u zərbə altındadır. Onun müdafiə sənayesi də təhlükə ilə üzbəüzdür. Bu fonda İlham Əliyevin Sərkisyanla görüşü çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, Qarabağın həlli Rusiyanın çöküşündən asılıdır. Rusiya çökməyib inkişaf etsə, bu məsələ həll olunmayacaq və bütün torpaqlarımızı itirəcəyik. Bu fonda Qərb Cənubi Qafqazda təşəbbüsü öz əlinə almaq fikrindədir. Əliyevlə Sərkisyanın Paris görüşü də buna hesablanıb. Ermənilər Rusiyanın vəziyyətini çox yaxşı bilirlər. Onlar anlayırlar ki, Moskva onların arxasında sona qədər dayana bilməyəcək. Üstəlik, son zamanlar Rusiya ilə Bakı arasında münasibətlər çox istiləşib. Səbəb isə Moskvanın zəifliyi və Azərbaycandan asılılığıdır. Parisdə Ermənistana mesaj veriləcək ki, müstəqilliyini əlinə al və qərar ver. Müstəqil qərar isə Cənubi Qafqazda sülhə nail olmaqdır. Sülh isə Ermənistanın milli maraqlarına uyğundur. İrəvan sülhün olmadığına görə çökür. Azərbaycana gəlincə isə o öz resurslarından istifadə edərək xeyli uğurlar əldə edib. Əgər Bakı bu sülhə nail olsa, bu inkişaf daha da artacaq. Qərb Azərbaycanın arxasında dayansa və Rusiyanın mənfi təsirlərindən bizi qoruya bilsə, o zaman bu sülhə nail olacaq. Doğrudur, Parisdə dərhal sülh əldə edilməyəcək, amma onun bünövrəsi Qərb tərəfindən qoyulacaq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR