
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.