“Sizə söz verməyəcəyəm” – spikerlə deputat arasında mübahisə
Bizi izləyin

Nida.az

“Sizə söz verməyəcəyəm” – spikerlə deputat arasında mübahisə

Milli Məclisin bu gün keçirilən iclasında qalmaqal yaşanıb.


Publika.az xəbər verir ki, spiker Oqtay Əsədovla Zahid Oruc arasında mübahisə olub.


“İnzibati icraat haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı söz alan deputat Zahid Orucun fikirləri spiker tərəfindən etirazla qarşılanıb.


Oqtay Əsədov Z. Orucun fikirlərinə ilk növbədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin aydınlıq gətirməsini məqsədəuyğun hesab edib. Bu zaman Z.Orucla spiker arasında polemika yaşanıb. Spiker Z. Orucu yerindən danışmamağa və replika atmamağa çağırıb. Bu da öz növbəsində qarşı tərəfin kəskin reaksiyasına səbəb olub.


“Mən bilirəm, sizin gözəl ideyalarınız var... Amma xahiş edirəm ki, yerinizdən danışmayasınız. Siz hər dəfə belə edirsiniz, mən də sizə xəbərdarlıq edirəm. Yerinizdən danışmayın” - deyə spiker bildirib.
Deputat fikirlərini davam etdirəndə spiker “sizə söz verməyəcəm” deyib ona reaksiya verib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm