“Minsk qrupu Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşmaya reaksiya verməlidir”
Bizi izləyin

Nida.az

“Minsk qrupu Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşmaya reaksiya verməlidir”

“ATƏT-in Minsk qrupu Suriya ermənilərinin Azərbaycanın işğal edilmiş torpaqlarında qeyri-qanuni məskunlaşdırılmasına etirazını bildirməli və Ermənistandan buna son qoyulmasını tələb etməlidir”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.


Qeyd edək ki, Suriyadan qaçqın kimi gələn ermənilərin yerləşdirilməsi prosesində iştirak edən Robert Matevosyan gələnlərin işğal edilmiş ərazilərdə yerləşdirildiyini etiraf edib: “Suriya ermənilərindən təkcə 28 ailə Azərbaycanın işğal edilmiş Laçın rayonunda yerləşdirilib. Onların bəziləri burda müvəqqəti yaşayır. Bir çoxu isə həmişəlik qalmağı düşünür”.


Vitse-spiker bildirib ki, ermənilər etiraf etməsələr belə, bu ərazilərdə qeyri-qanuni məskunlaşdırmaların aparıldığı Azərbaycana məlumdur: “Buna etirazımızı zaman-zaman bildiririk. Ermənistan hakimiyyətinin apardığı süni məskunlaşdırma ilə bağlı məsələni ATƏT rəhbərliyinin diqqətinə də çatdırırıq. Bu qanunsuz məskunlaşdırma ilə bağlı məsələlərin daim ATƏT gündəliyinin qrafikinə daxil olmasına çalışırıq”.


Lakin B. Muradova beynəlxalq təşkilatların bu məsələyə reaksiya vermədiyindən təəssüfləndiyini açıqlayıb.



“Azərbaycan ərazilərində bu qeyri-qanuni məskunlaşdırılmaya beynəlxalq təşkilatlar öz münasibətini bildirməlidir. Minsk qrupu da Ermənistandan bu qeyri-qanuni addımlardan çəkinməsini tələb etməlidir. Təəssüf ki, onlar heç bir reaksiya vermir”, - deyə vitse-spiker bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm