• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

BAXCP sədrinin müavini: “Azərbaycan geriyə addım atmamalıdır“

  • Nida.az
  • 28 İyun 2012 19:14
  • 193 Baxış
BAXCP sədrinin müavini: “Azərbaycan geriyə addım atmamalıdır“

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli Azərbaycanın Rusiyadan Qəbələ RLS üçün Qazaxıstanada yerləşən "Baykanur" kosmodromunun icarə haqqından daha çox vəsait tələb etməsilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Publika.Az-ın verdiyi xəbərə görə, BAXCP sədrinin müavini partiyanın mətbuat xidmətinə açıqlamasında Azərbaycanla Qazaxıstanın, Qəbələ RLS-lə "Baykonur" kosmodromunun müqayisə edilməsinin tamamilə yanlış və aqrumentləşdirilməsmiş yanaşma adlandırıb:

"Qazaxıstan Rusiyanın hərbi-siyasi müttəfiqidir və hər iki dövlət eyni hərbi-siyasi blokda – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunurlar. Kollektiv Təhlükəsizlik Müqaviləsinə əsasən, Rusiyanın Qazaxıstan ərazisində istənilən hərbi təyinatlı obeykt saxlaması heç bir hüquqi ziddiyyət doğurmur.

Azərbaycanla bağlı vəziyyət isə tamamilə fərqlidir. Rusiya Azərbaycanın yox, Azərbaycan torpaqlarını işğal edən Ermənistanın hərbi-siyasi müttəfiqdir. Rusiya işğalçı dövlətin ərazisində hərbi baza saxlayır, bu ölkəni himayə və müdafiə edir, Azərbaycan torpaqlarının işğal altında saxlanılması, mövcud status-kvonun qorunub saxlanılması üçün bütün təhdid və təzyiq xarakterli vasitələrdən yararlanır. Kəsəsi, Rusiya Azərbaycanın düşməninin dostu və müttəfiqidir.

Bu baxımdan işğalçı dövlətin hərbi-siyasi müttəfiqinin işğala məruz məruz qalan ölkənin ərazisində hərbi baza saxlaması indiyədək rast gəlinməmiş və əsaslandırılması mümkün olmayan bir faktdır. Əgər Qazaxıstanın ərazisi Rusiyanın hərbi-siyasi müttəfiqi tərəfindən işğal olunsaydı, o zaman bəlkə də "Baykonur" kosmodromu ilə Qəbələ RLS-i müqayisə etmək olardı.

Digər tərəfdən, Qazaxıstanın ərazisi Azərbaycandan dəfələrlə böyükdür və Qazaxıstanda hərbi təyinatlı hər hansı bir obyektin saxlanılması bu ölkə üçün problem yaratmır. Qəbələ RLS isə Azərbaycanın turizm üçün ən əlverişli bölgəsində yerləşir və bu ərazidə turizmin inkişafına ciddi maneə yaradır".

Elçin Mirzəbəylinin qənaətinə görə, heç bir vəsait Qəbələ RLS-in yaratdığı hərbi-siyasi yükü kompensassiya edə bilməz. BAXCP sədrinin müavini hesab edir ki, Azərbaycan yalnız bir halda Rusiya ilə Qəbələ RLS-in icarəyə verilməsilə bağlı yeni müqavilə imazalaya bilər:

"Bu müqavilədə Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması faktını qəbul etməsi birmənalı şəkildə qeyd olunsun. Əks təqdirdə, işğalçı Ermənistanın hərbi-siyasi müttəfiqi olan Rusiyanın Azərbaycan ərazisində hərbi baza saxlamasına imkan yaradılması yolverilməzdir və bu fakt məxməri kapitulyasiyaya zəmin yaradan bir davranış kimi qəbul oluna bilər".

BAXCP sədrinin müavini bildirib ki, mili maraqların müdafiəsi ən çətin məqamlarda özünü büruzə verməlidir:

"Şübhəsiz ki, Rusiya Azərbaycana təzyiq göstərir və göstərməkdə də davam edəcək. Lakin bu, tarixi bir sınaq anıdır. Azərbaycan bütün təzyiq və təhdidlərə, təxribatlara baxmayaraq, öz mövqeyini qoruyub saxlamalı, geriyə addım atmamalıdır. Əks təqdirdə gələcək nəsillər bunu bizə bağışlamayacaq".

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR