“Bədən tərbiyəsi fənninin nəticələri qəbul imtahanlarında nəzərə alınmalıdır”
Bizi izləyin

Nida.az

“Bədən tərbiyəsi fənninin nəticələri qəbul imtahanlarında nəzərə alınmalıdır”

Publika.az xəbər verir ki, bunu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib: “Vaxtı ilə Azərbaycanda da mövcud olmuş “vətənin müdafiəsinə hazıram” normativləri bərpa olunsun.

Bir il bundan əvvəl Rusiya qətiyyətli addım ataraq “vətənin müdafiəsinə hazıram” normativlərini bərpa etdi. Bundan sonra Təhsil Nazirliyi tərəfindən əmr verildi. Artıq qəbul imtahanlarında “vətənin müdafiəsinə hazıram” normativlərinin nəticələri mütləq nəzərə alınır. Əgər biz də bunu edə bilsək, o zaman tədrisdə idman artıq məcburi şəkildə bərpa olunmuş olacaq. Bununla da məktəbdən sonra ordu quruculuğuna töhfə vermiş olacağıq”.

Komitə sədri bununla yanaşı ölkədəki parklardan və kütləvi tədbir yerlərindən də danışıb. O qeyd edib ki, bu yerlərin təkcə istirahət və əyləncə məqsədi üçün yox, həm də idman tədbirlərinin keçirilməsi kimi formalaşdırmaq lazımdır: “Bunun kiçik bir epizodu Bakı bulvarında var. Ancaq bu çox kiçik epizoddur. Bunun bütün layihələrdə nəzərə alınması vacibdir”.

Əli Hüseynli bir neçə maraqlı təkliflə də çıxış edib. O bildirib ki, Bakı dövlət sirki və Azərbaycan Dövlət Kinostudiyası yenidən formalaşdırılmalıdır:

“Bakı dövlət sirkinə yeni bina tikilməlidir. Müasir standartlara cavab verən dövlət sirkinin formalaşdırılmasına ehtiyac var. Azərbaycan Dövlət Kinostudiya da yenidən formalaşdırılmalıdır. Bnların hər ikisi vətəndaşlarımızın daha mədəni mühitdə formalaşmasına xidmət edəcək. Bu bir növ sosial sifariş kimi qəbul olunmalıdır. Ölkənin xüsusilə bölgələrində məişət səviyyəsində cinayətlər artır. Bunun yeganə səbəbi sosial islahatlarla bağlıdır. Mədəni və idman layihələrinin maliyyələşdirmək və həyata keçirilməsinə üstünlük verilməsinə ehtiyac var”.

Komitə sədri təhsil sahəsində də təkliflərlə çıxış edib. Deputat söyləyib ki, xarici ölkələrə təhsil almağa göndərilən gənclərlə bağlı ciddi nəticələr var. Amma burada praktikanı dəyişdirmək olar: “Xaricdən Azərbaycana müəllimləri dəvət etmək olar. Bununla da tək şagird və tələbələr deyil, minlərlə insan bundan bəhrələnə bilərlər”, - deyə millət vəkili söyləyib.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm