Forumda ermənilərlə azərbaycanlılar arasında daha bir qalmaqal
Bizi izləyin

Nida.az

Forumda ermənilərlə azərbaycanlılar arasında daha bir qalmaqal

Batumidə 6 ölkənin vətəndaş cəmiyyəti təmsilçilərinin qatıldığı Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumunda Ermənistan təmsilçiləri ilə Azərbaycandan olan nümayəndələr arasında daha bir qalmaqal yaşanıb.

Bu barədə Arqument.az-a forumda iştirak edən vəkil Xalid Bağırov məlumat verib.

"Forumda Leyla Əliyeva və Arzu Abdullayevaya çıxış edərək Qarabağ konfliktində Rusiyanın Ermənistana dəstək verdiyini dedilər. Ancaq ermənilər buna etiraz etdilər. Xanımlarımızın Qarabağ konfliktini postsovet məkanındakı digər konfliktlərlə müqayisə etməsi və Moskvanın bu konfliktlərdəki analoji rolunun vurğulaması ermənilərin xoşuna gəlmədi. Görünür, adamlar Rusiyanın forpostu olmanın kompleksini yaşayırlar. İndi də durub etiraz edirlər ki, rusların bizim konfliktə nə aidiyyəti var, biz özümüz Azərbaycana qalib gəlmişik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm